TÜRKİYƏNİN YENİ ENERJİ LAYİHƏSİ ŞƏRQİ ARALIQ DƏNİZİNDƏ GEOSİYASİ BALANSI DƏYİŞƏCƏK

Şərqi Aralıq dənizi regionu Aralıq dənizi ticarəti baxımından tarix boyu mühüm və strateji əhəmiyyətə malik olub. Bu xüsusiyyətinə görə özəlliklə Kipr müxtəlif oyunçuların hakimiyyəti altına düşsə də, heç vaxt strateji əhəmiyyətini itirməyib. Ümumilikdə Şərqi Aralıq dənizi, özəlliklə isə Kipr nəinki öz əhəmiyyətini itirib, hətta 2000-ci illərin əvvəlindən daha mühüm regiona çevrilib. Belə ki, elə həmin vaxt təhlükəli enerji resursları oyuna girib. Əldə olunan məlumatlara əsasən, dünyada kəşf edilən təbii qaz ehtiyatlarının 196 trilyon kub metr olduğunu nəzərə alsaq, onda bunun təxminən 5%-i, yəni 9,8 trilyon kub metri Şərqi Aralıq dənizinin payına düşür. Bu barədə “Anadolu” agentliyi yazır.

Qaz kəmərinin Şimali Kipr Türk Respublikası (ŞKTR) və Türkiyə arasındakı su xəttinə paralel salınması və 80 kilometr uzunluğa malik olması ilə yanaşı iki istiqamətli olması ən önəmli xüsusiyyətlərindən biridir.

Məqalədə deyilir ki, mövcud vəziyyətdə əsas məsələ layihənin Şərqi Aralıq dənizində geosiyasi təsirini qiymətləndirməkdir.

Görünür, Türkiyə-ŞKTR boru kəməri layihəsi Cənubi Kipr Yunanıstan administrasiyası tərəfindən həyata keçirilən Şərqi Aralıq dənizi (Eastern Mediterranean, EastMed) qaz kəməri layihəsinə ciddi alternativ olacaq. “EastMed” İsraildən əvvəlcə Yunanıstana, ardınca İtaliyaya uzanan 1,9 min kilometrlik qaz kəmərinin tikinti layihəsidir.

Əslində Türkiyənin güvənli, daha ucuz bir alternativ təşkil etməsi, sadəcə bu sahədə qarşıya çıxan ilk hadisə deyil. Bu baxımdan tikinti işləri 2012-ci ildə başlayan “Cənub axını” layihəsi də analoji nümunə qismində çıxış edə bilər. Layihə 2014-cü ildə Krımın ruslar tərəfindən işğal edilməsi nəticəsində AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda maliyyətinin artması səbəbilə ləğv edilib.

Mövzu ilə əlaqəli nəzərdən keçirilməsi gərəkən sonuncu məsələ Türkiyə-ŞKTR münasibətləridir. Bu qaz kəməri Türkiyə-ŞKTR münasibətlərinin və Türkiyənin ŞKTR-ə dəstəyinin miqyasını nümayiş etdirmək baxımından çox vacibdir. Əvvəlcə su xəttinin inşası, daha sonra ŞKTR baş naziri Ersin Tatarın bəyanatında Türkiyədən xüsusi elektrik şəbəkəsi ilə elektrik enerjisi tədarükünün nəzərdən keçirildiyini söyləməsi və nəhayət, iki istiqamətli qaz kəməri layihəsi Türkiyənin qarant hüquqları çərçivəsində ŞKTR-ə dəstəyini davam etdirəcəyi ilə bağlı bir mesaj kimi qiymətləndirilməlidir.

Türkiyə və ŞKTR arasında planlaşdırılan, iki istiqamətli qaz kəməri layihəsinin elan edilməsi ilə təxminən eyni vaxtda məlum olub ki, bu təşəbbüsün effektini daha da artıracaq və Şərqi Aralıq dənizində geosiyasəti əsaslı şəkildə dəyişdirə biləcək gediş həyata keçirilib. Türkiyə və Liviya Milli Razılıq Hökuməti dəniz sərhədlərinin demarkasiyası haqqında saziş imzalayıb. Bu, bir tərəfdən Türkiyənin suverenlik haqqını heçə sayaraq müstəsna iqtisadi zona elan edən Yunanıstanın mövqeyinə təsir edəcək, digər tərəfdən Türkiyə və ŞKTR-dən yan keçməklə Şərqi Aralıq dənizi enerji platforması kimi təşəbbüslər həyata keçirən İsrail və Misir dövlətlərini öz mövqelərini yenidən nəzərdən keçirməyə məcbur edəcək. Bundan başqa, İsrail, Misir, Cənubi Kipr Yunan administrasiyası və Yunanıstanın Aralıq dənizində digər qonşulara məhəl qoymadan atdığı addımları nəzərə alsaq, Liviya ilə imzalanmış bu memorandum növbəti dəfə göstərib ki, Aralıq dənizi hövzəsində sahilyanı dövlətlərin iştirakı olmadan balansa nail olmaq mümkün deyil.

Türkiyə-ŞKTR qaz kəməri ideyası Şərqi Aralıq dənizi hövzəsində əməkdaşlıq üçün imkan yarada biləcək bir həmlədir.

 

FİKRİNİ BİLDİR