KORRUPSİYA QALMAQALININ BİR UCU APARAT RƏHBƏRİNƏ GEDİB ÇIXIR

Korrupsiya ilə Mübarizə Fondu (KMF) Svetlana Medvedyeva və Nailə Əsgərzadəyə məxsus təyyarələr barədə araşdırma dərc etdikdən sorna “VTB” bankdan bildiriblər ki, onlar bu təyyarəlrəi 2017-ci ildə satıblar. Navalnı bankın hələ də biznes-jetlərlə əlaqəli olduğunu iddia edir.

Müxalifətçi Aleksey Navalnının KMF-nin məlumatına əsasən, Rusiyanın baş nazirinin həyat yoldaşı Svetlana Medvedyeva və teleaparıcı Nailə Əsgərzadənin istifadə etdiyi təyyarələrə hələ də “VTB” bankla əlaqəli şirkətlər xidmət göstərir. Bu  barədə Fondun ötən gün yayımlanan yeni araşdırmasında deyilir. Daha əvvəl “VTB” bankın məlumat xidməti bildirib ki, Navalnının tədqiqatında adı hallanan təyyarələr 2017-ci ildə satılıb və onların indi nə “VTB” qrup, nə də onunla bağlı strukturlarla əlaqəsi yoxdur.

Fondun yeni araşdırmasında deyilir ki, “VTB” bankın 2017-ci ildə satdığı təyyarələrdən ən azı üçü hazırda “Belizdəki anonim ofşor şirkətə” məxsusdur və San-Marinoda qeydiyyatdan keçən “Skyline Aviation” operatorunun xidmətindən istifadə edir. Qeyd edilən həmin üç təyyarədən biri Svetlana Medvedyevanın, digəri isə Nailə Əsgərzadənin istifadə etdiyi laynerlərdir. Üçüncüsü isə aparıcının əsas təyyarəsi texniki baxışdan keçirildikdə ehtiyat kimi saxlanılır.

KMF-nin məlumatına əsasən, “Skyline Aviation” şirkətinə başçılıq edən Oleq Qurov “Biznes Aero” firmasının baş direktorudur. Həmin şirkətin sahiblərindən biri Aleksandr Vorontsov “VTB” bankın aparat rəhbəri Andrey Kostindir. “Yəni, guya “VTB” bankla əlaqəsi olmayan yeni “Skyline” şirkəti sadəcə “VTB” bankın aparat rəhbərinə məxsus olan rus şirkətinin xaricdəki oxşarıdır”, - fondun əməkdaşı bildirir.

Eyni zamanda qeyd edilir ki, Navalnı Svetlana Medvedyeva və Nailə Əsgərzadəyə məxsus təyyarələr haqqında video çarxlar yayımladıqdan sonra təyyarələrin yerdəyişməsini izləyən saytdan həmin biznes-jetlər haqqında informasiya yoxa çıxıb.

Dekabrın əvvəlində KMF böyük səs-küyə səbəb olan iki araşdırma təqdim edib. Fond iddia edir ki, Rusiyanın baş naziri Dmitri Medvedyevin həyat yoldaşı Svetlana Medvedyeva 50 milyon dollar dəyərində “Bombardier Global Express” təyyarəsindən, “Rossiya 1” televiziya kanalının aparacısı Nailə Əsgərzadə isə 60 milyon dollar dəyərində “Bombardier Global 6000” biznes-jetindən istifadə edir. KMF əməkdaşları müəyyənləşdiriblər ki, hər iki təyyarə daha əvvəl Rusiyanın “VTB” bankının törəmə strukturuna məxsus olub.

 

Mənbə: DW

FİKRİNİ BİLDİR