AZƏRBAYCAN “QAZPROM”UN “PİROQU”NDAN NƏ QƏDƏR DİŞLƏYƏ BİLƏYƏCƏK?

II Hissə

TANAP boru kəmərinin istismara verilməsi Rusiyanın Avropadakı inhisarçı şirkətinin maddi və siyasi iştahını azaldacaq, ancaq o, acından ölməyəcək.

“Türkmənistan Transxəzər qaz kəməri vasitəsilə CQD layihəsinə qoşulsaydı, boruların tam gücü ilə istifadə edilməsində heç bir problem yaşanmazdı. Bu, Rusiyaya xeyli ziyan vurar, Avropanın enerji təhlükəsizliyi ideyası ilə zəhləmizi tökən Brüsseli razı salardı. Rusiyadan “siyasi” qaz tədarükünü, dolayısıyla Avropa Birliyinin (AB) bu qazdan asılılığını xeyli azaltmaq mümkün olardı.  Lakin Transxəzər qaz kəmərinin tikintisiAB-nin bu layihəyə (sözdə)  aktiv dəstək göstərməsinə baxmayaraq, Rusiya və İrana sərf etmir, çünki rəqib meydana çıxacaq. Üstəlik, onlar layihəyə “qarşı” “dəmir” arqumentdən istifadə edirlər: layihə dənizin ekoloji təhlükəsizliyinə risk daşıyır”, - İrina Corbenadze yazır.

“Ümumiyyətlə, yataqların işlənməsi və sualtı boru kəmərinin çəkilişi üçün aktiv investor axtarışına baxmayaraq, layihənin reallaşma şansı çox azdır. Üstəlik, nəzərə almaq lazımdır ki, Aşqabadın Pekinə borcu var və Çinə çəkilən boru kəmərinin tikintisinə görə hələ uzun müddət ona pul ödəməli olacaq. Paradoksal səslənsə də, qaz ehtiyatlarına görə dünyada dördüncü yerdə gələn Türkmənistandakı mövcud vəziyyətdə Çin müqavilələri üzrə də yanacaq kəsri hiss edilir. Ona görə Transxəzər qaz kəmərinin tikinti tarixi ilə bağlı bu gün təxmini proqnoz vermək də mümkün deyil”, - məqalədə deyilir.

“Yeri gəlmişkən, AB qaydalarına əsasən, bir tədarükçü bazarın yarıdan çoxuna nəzarət edə bilməz, ancaq bu qayda Türkiyəyə şamil edilmir. Türkiyə artıq uzun müddətdir arzusunda olduğu məqsədinə çatmaq üzrədir. Ölkə hərtərəfli enerji qovşağına çevrilir. Bir aydan sonra “Türk axını” qaz kəməri işə başlayacaq. “Qazprom” Qara dənizin dibi ilə çəkilən, hər biri 16 milyard kub metr buraxıcılıq qabiliyyətinə malik hər iki qolu artıq yanacaqla doldurub. Həmin marşrutlardan biri ilə türkiyəli istifadəçilərə qaz tədarük ediləcək, digəri isə Cənub və Cənub-Şərqi Avropa bazarına çıxacaq. İndi də əlavə CQD meydana çıxıb. Üstəlik daha əvvəl inşa edilən sualtı “Mavi axın” boru kəmərini də unutmayaq. Həmin marşrutla ildə 16 milyard kub metrə qədər qaz tədarük edilə bilər”, - müəllif xatırladır.

“Bir sözlə, meqauduş Türkiyənin qismətinə düşüb; Azərbaycan özü üçün yeni bazara – Avropa bazarına çıxıb ki, bu da ona konkret maliyyə gəliri və siyasi dividentlər gətirəcək. TANAP-ın işə düşməsi isə Rusiya üçün “həyəcan təbili” kimi deyil, sadəcə “zəng səsi” kimi səslənib: yeni qaz kəməri “Türk axını” ilə rəqabət apara bilməz, lakin yenə də iki “Şimal axını” ilə “Qazprom”u bir balaca “kənara itələyə bilər””, - jurnalist yazır.

“Verilmiş mərhələdə vəziyyət belədir. CQD-nin artım dinamikası və ortamüddətli perspektivdə beynəlxalq konyunktura ilə bağlı proqnoz vermək mümkün deyil. Ona görə Avropa rus qazından böyük asılılığının üstündən hələlik xətt çəkə bilmir”, - məqalənin sonunda deyilir.

Əvvəli: I hissə

Mənbə: ROSBALT

FİKRİNİ BİLDİR