BUNDESTAQ AB-NİN RUSİYA İLƏ BAĞLI QAZ DİREKTİVİNİ MÜZAKİRƏ EDƏCƏK

“Bild” tabloidi AB Qaz direktivinin implemantasiyası üzrə qanun layihəsinə dəyişikliklər haqqında məlumat verib. Məqsəd “Şimal axını – 2” layihəsini məhdudlaşdırıcı normaların təsirindən azad etməkdir. Bundestaqın saytı tərəfindən yayımlanan sənəddə dəyişiklik yer almayıb.

Bu gün Almaniya partlamenti AB Qaz direktivinin alman qanunvericiliyinə implementasiyası haqqında federal hökumətin qanun layihəsini nəzərdən keçirəcək. “Bild “ qəzeti iddia edir ki, hakim koalisiya “Şimal axını – 2” layihəsinin xeyrinə direktivin tələblərini yumşaltmağa çalışır.

15 aprel 2019-cu ildə AB Şurası Qaz direktivinə dəyişiklikləri təsdiqləyib.  Düzəlişlər Avropa normalarının üçüncü ölkələrdən Birliyə daxil olan qaz kəmərlərinə şamil edilməsini nəzərdə tutur. Onlar da avrozonada yerləşən boru kəmərləri kimi eyni qaydalar çərçivəsində fəaliyyət göstərməli olacaqlar.

Əsas dörd qayda var. Birincisi ondan ibarətdir ki, mavi yanacağın hasilatı və satışı ilə məşğul olan şirkət qazın nəqlini həyata keçirə bilməz (anbaldinq və ya aktivlərin ayrılması). İkinci qaydada üçüncü şirkətlərin qaz kəmərinə çıxışla təmin edilməsi tələb olunur. Üçüncüsü, qaz nəqlinə rəqabət tariflərini qazı alan ölkənin tənzimləyicisi müəyyənləşdirəcək. Dördüncü qaydada qaz kəmərinin xüsusən tədarükün təhlükəsizliyi məsələsində şəffaf işləməsi nəzərdə tutulur.

Düzəlişlər ilk növbədə yeni tələblərə cavab verməyən “Şimal axını – 2” layihəsinə zərbə vura bilər. Qaz direktivi həm yeni, həm də tikinti işləri 23 may 2019-cu ildən sonra başa çatan mövcud kəmərlərə şamil ediləcək. Xatırladaq ki, “Şimal axınıı – 2” boru kəmərinin bu ilin sonu, 2020-ci ilin əvvəlində başa çatacağı gözlənilir.

Ötən gün “Bild” qəzeti məlumat verib ki, hakim koalisiya cari ilin may ayından sonra tikilən qaz kəmərlərinə aid olan bəndi yumşaldıb, qanun layihəsinə düzəliş edib. Qaz direktivindən istisna üçün əsas şərt kimi layihənin başa çatacağı tarix deyil, investisiya tarixinin götürülməsi təklif edilir.

Nəşr əldə etdiyi düzəlişli mətnə istinad edir. Lakin bundestaqın saytında yayımlanan, səsverməyə çıxarılan sənəddə dəyişiklik yoxdur.

Nəzəri olaraq alman tənzimləyici “Şimal axını – 2” üçün istisna edə bilər, ancaq Avropa Komissiyası bu qərarı bloklaya bilər. Berlin və Moskva arasında hökumətlərarası saziş yeni qaz kəmərini maneəsiz istifadəyə verməyin digər yoludur. Amma bu da Brüsselin razılığı olmadan mümkün deyil.

Mənbə: DW

FİKRİNİ BİLDİR