RUSLARIN YARIDAN ÇOXU SİYASİ SİSTEMİN DƏYİŞMƏSİNİ İSTƏYİR

Sosioloji sorğu göstərib ki, rusların 60%-i ölkənin radikal dəyişiklərə ehtiyacı olduğunu düşünür. Putinə və yaxın çevrəsinə dəyişikliklərin lazım olmadığını düşünənlərin sayı da artıb.

Sakinlərin yarıdan çoxu, 53%-i siyasi sistemdə ciddi dəyişiklikləri dəstəkləyib. Bu barədə “Vedomosti” qəzeti məlumat verir. Sorğunu Karnegi Moskva Mərkəzi və “Levada” mərkəz keçirib. Respondentlərin 59%-i hesab edir ki, ölkənin radikal dəyişikliklərə ehtiyacı var. Sorğu iştirakçılarının 31%-i “kiçik” dəyişikliklərə səs verib. 8% isə ümumiyyətlə dəyişikliyə ehtiyacın olmadığını vurğulayıb. 34% hesab edir ki, mövcud sistem saxlanılmaqla ölkədə dəyişikliklər keçirmək mümkündür.

Respondentlərin 69% -nin fikrincə, dəyişikliklərin keçirilməməsini ən çox məmurlar və bürokratlar istəmir. 2017-ci ildə aparılan sorğunun nəticələrinə görə, bu kateqoriya üzrə göstəricisi 56% təşkil edib. 67% oliqarxlar və böyük biznesin(2017-ci ildə 52%),  25% prezident Vladimir Putin və onun yaxın çevrəsinin (2017-ci ildə 15%) dəyişiklik istəmədiyini düşünür.  Bundan başqa, Putinin dəyişikliklərlə bağlı cəlbedici plan təqdim edə biləcəyini düşünənlərin sayı 25%-dən 16%-ə enib.

Bundan başqa, sorğu iştirakçıları iki əsas dəyişikliyə - əmək haqlarının artırılması və həyat şəraitinin (24%) yaxşılaşdırılması, həmçinin hakimiyyət və prezident dəyişikliyinə (13%) ümid edirlər. Bu zaman dövlət siyasətinin prioriteti kimi ədalətli seçkilərdən bəhs edənlərin sayı 9% təşkil edib. 8% isə müstəqil məhkəmələri qeyd edib.

Mənbə: DW

FİKRİNİ BİLDİR