AVROPA BİRLİYİ AZƏRBAYCAN HÖKUMƏTİNƏ ÇAĞIRIŞ EDİB

Polis Azərbaycanın paytaxtı Bakı şəhərində mitinq keçirməyə çalışan 60 nəfəri həbs edib. Brüssel həddindən artıq güc tətbiq edildiyini bəyan edib və Bakıya toplaşmaq azadlığını xatırladıb.

AB Azərbaycan rəhbərliyini Bakıda dinc mitinq keçirməyə çalışan onlarla insanın saxlanılmasını araşdırmağa çağırıb. Belə bir bəyanatla oktyabrın 19-u AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarının mətbuat katibi Maya Kosyançiç (Maia Kosjancic) çıxış edib. Brüssel kütlənin dağıdılması və aksiya iştirakçılarının həbs olunmasında “həddində artıq güc tətbiqinə yol verildiyinə” xüsusi diqqət çəkib.

Bəyanatda deyilir ki, toplaşmaq azadlığı insanın fundamental hüquqlarından biridir. AB respublikanın beynəlxalq öhdəliklərinə uyğun şəkildə dövlət rəhbərliyindən həmin azadlığa riayət edəcəyini gözləyir. Brüssel dinc nümayiş iştirakçılarının azad edilməsini tələb edib.

Xatırladaq ki, bir gün öncə fəallardan ibarət qrup Bakının mərkəzi meydanlarından birində aksiya keçirməyə çalışıb. Baş polis idarəsi iştirakçıların sayının 220 nəfər olduğunu qeyd edib. Hüquq müdafiəçiləri 60 nümayişçinin həbs edildiyini, daha sonra onlardan 42-nin azad edildiyini bildirib.

“Kavkazskiy uzel” internet nəşrinin məlumatına əsasən, etirazçılar ədalətli seçkilərin keçirilməsi üçün şəratin yaradılmasını, siyasi məhbusların azad edilməsini və Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini tələb ediblər. Polisin məlumatında deyilir ki, hökumət fəallara aksiyanın meydanda deyil, Lökbatan qəsəbəsində yerləşən idman klubunun stadionunda keçirməyi təklif edib.

Mənbə: DW

FİKRİNİ BİLDİR