BAKIDA QADINLAR YÜRÜŞ KEÇİRİBLƏR

Bazar günü Bakıda qadınların və onları dəstəkləyən kişilərin – cəmi 60-a yaxın şəxsin şəhərin mərkəzi boyu yürüş etməsinə polis mane olub. Polis onların yolunu kəsib və əllərindən plakatları alıblar. Aksiya iştirakçıları polisin müdafiə zəncirini qırmağa və 100 metr yürüş keçirməyə nail olublar. Onlar “qadınlara qarşı zorakılığa son” və “erkən nikahlara son” şüarları səsləndiriblər.

“Azadlıq Radiosu” xəbər verir ki, bir neçə aksiya iştirakçısı zorakılıqla saxlanılıb, amma sonra sərbəst buraxılıblar. Hüquq müdafiəçilərinin məlumatına görə bu ilin 9 ayı ərzində qadınlara qarşı 120 hüquq pozuntusu törədilib, nəticədə 32 qadın qətlə yetirilib. Aktivistlər iddia edirlər ki, hüquq-mühafizə orqanları qadınlara qarşı zorakılıq məsələlərinə həvəssiz baxırlar.

FİKRİNİ BİLDİR