TRAMPIN YENİ TƏHLÜKƏSİZLİK ÜZRƏ MÜŞAVİRİ KİM OLA BİLƏR

“CNN” telekanalı Tramp tərəfindən işdən azad edilən Boltonu əvəzləyə biləcək mümkün namizədlərin adların açıqlayıb

ABŞ Prezidenti Donald Tramp (Donald Trump) elan edib ki, o, sərt xətt tərəfdarı olan milli təhlükəsizlik məsləhətçisi Con Boltonu (John Bolton) vəzifəsindən kənarlaşdırıb və buna səbəb aralarındakı “güclü narazılıq” olub. Tramp twit-ində qeyd edib ki, o, Boltondan istefa verməsini xahiş edib, o isə bu səhər istefasını Prezidentə təqdim edib. “BBC” xəbər verir ki, Bolton Trampla Əfqanıstandan İrana qədər bir sıra xarici işlərlə bağlı məsələlərdə razılaşmayıb. Bolton 2018-ci ilin aprelindən vəzifədə idi. O, Trampın 3-cü milli təhlükəsizlik məsləhətçisi idi.

Bolton Trampın twit-indən az sonra twitter-də yazıb ki, əslində öncə o, istefasını Trampa təklif edib, Tramp isə ona yazıb ki, “bunu sabah müzakirə edərik”. Hadisələr barədə bu xəbərlər yayılandan sonra Bolton “Fox News”-a bildirib ki, o, milli təhlükəsizlik məsləhəçisi kimi istefa verib.

“The New York Times” qeyd edib ki, Boltonun istefası onun İran və KXDR ilə bağlı həyata keçirilən siyasətə görə Trampla arasında yaranan gərginlik fonunda baş verib. “Washington Post” da onun dövlət katibi Mayk Pompeo ilə münasibətlərinin gərgin olduğunu vurğulayıb. Daha sonra dövlət katibi bir çox məsələdə Boltonla razılaşmadığını etiraf edib.

Ağ Ev ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin vəzifəsini icra edən şəxs kimi Çarlz Kappermanı (Charles Kapperman) təyin edib.

ABŞ prezindentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton  tutduğu vəzidəfən azad edildikdən sonra Ağ Ev onun yerinə ən azı on nəfərin namizədliyini nəzərdən keçirir. Bu barədə mənbələrə istinadla “CNN” telekanalı məlumat verir. Bu posta mümkün namizədlərdən biri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hukdur (Brian Hook). Məlumatda qeyd edilir ki, o, bu işdə maraqlıdır və Ağ Ev ona yaxşı münasibət göstərir. Huk Dövlət Departamentində fəaliyyətinə bu quruma Reks Tillersonun (Rex Tillerson) rəhbərlik etdiyi dövrdə başlayıb və dövlət katibi Mayk Pompeo (Mike Pompeo) təyin edildikdən sonra da komandanın əsas üzvü olara qalıb. Huk bu yaxınlarda prezident Donald Trampı, həmçinin onun baş müşaviri, eyni zamanda kürəkəni Cared Kuşneri (Jared Kushneri) Yaxın Şərq səfərində müşayiət edib. İkinci namizəd əvvəllər milli təhlükəsizlik məsələləri üzrə prezidentin köməkçisinin müavini, ABŞ ordusunun ehtiyatda olan general mayoru Rikki Uoddeldir (Ricky L. Waddell) O, prezident administrasiyasını ötən il tərk edib, habelə Con Kellinin (John Kelly) prezident kampaniyası zamanı Trampın müşavirinə yaxın olub.

“CNN” növbəti namizəd kimi ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqanın (Stephen Bigan) adını çəkir. Mənbələr onun Pompeo ilə yaxşı münasibətdə olduğunu, habelə “Ford Motors” şirkətində rəhbər vəzifədə iş təcrübəsinin olduğunu qeyd edirlər. Media bir müddət öncə Biqanın ABŞ-ın Rusiyadakı səfiri ola biləcəyinə dair informasiya yaysa da, o özü bu məlumatı təkzib edib.

Boltonun yerinə vitse-prezident Mayk Pensin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Rob Bler (Rob Blair) də iddialıdır.

“CNN” mümkün namizədlər arasında ABŞ-ın Almaniya və Niderlanddakı səfirləri – Riçard Qrenell (Richard A. Grenell) və Pit Hokstranı (Pete Hoekstra)  da qeyd edir. Teleşirkətin həmsöhbətlərinin sözlərinə görə, Qrenell də milli təhlükəsizlik məsələləri üzrə prezidentin köməkçisi vəzifəsində maraqlıdır. Yeddi il Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində çalışan Hokstra təcrübəli dövlət işçisi hesab edilir. Bundan başqa, Tramp onun işindən razıdır.

Ağ Ev həmçinin ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor (Douglas McGregor) və istefada olan general Cek Kinin (Jack Keane) namizədliyini müzakirə edir. “CNN” qeyd edir ki, Kin “Taliban” terror hərəkatı ilə danışıqlar da daxil olmaq üzrə, bir sıra məsələdə Trampa qeyri-rəsmi konsultasiya xidməti verib. Bu zaman bildirilir ki, Kin belə bir təklif alsa, bu vəzifədən imtina edə bilər.

Teleşirkətin məlumatına əsasən, onuncu namizəd Boltonun ofisinin keçmiş rəhbəri Frederik Fleytsdir (Frederick H. Fleitz). Bir müddət öncə telekanalın yaydığı məlumatda deyilirdi ki, Fleyts milli kəşfiyyatın direktoru postuna keçmək istəyir. Lakin informasiya təsdiqini tapmayıb.

Mənbə: CNN

FİKRİNİ BİLDİR