RUSİYADA EKSPERTLƏR İQTİSADİ TƏNƏZZÜLDƏN DANIŞIR, HÖKUMƏTSƏ OPTİMİSTDİR

Ekspertlər əhalinin azalan gəlirlərindən, orta və kiçik sahibkarlığın məhdudlaşdırılmasından, həmçinin yetişməkdə olan iqtisadi tənəzzüldən bəhs edir. Hökumət isə hələlik optimizmini qoruyub saxlasa da, əsas iqtisadi göstəricilərin proqnozlarını pisləşdirir. Bu barədə Aygül Mustakayeva “Eurasianet” portalında yazır.

Ekspertlər hesab edir ki, ABŞ-ın avqustda qəbul etdiyi yeni sanksiyalar iqtisadiyyata əhəmiyyətli təsir göstərməyəcək, lakin rubl bu fonda azacıq ucuzlaşmağa başlayıbd. Yeri gəlmişkən, ilin sonunadək tənəzzül davam etsə, rus valyutası 65-66 rubl səviyyəsinə geri qayıtmalıdır.

İqtisadi İnkişaf Nazirliyi işgüzar aktivliklə bağlı avqust hesabatında iqtisadi artımın bərpa olduğunu elan edib: iyulda ÜDM illik 1,7% artıb (iyunda həmin göstərici 0,8% olub). Nazirliyin hesablamalarına görə, sənaye istehsalı (iyulda artım 2,8% təşkil edib) və kənd təsərrüfatı (5,9%) ÜMD-ə kiçik töhfə verib. Bu zaman pərakəndə ticarət artımı bir ay ərzində 1,4%-dən 1%-ə düşüb. İnşaat və nəqliyyat sahəsində müvafiq olaraq 0,2 və 1,2%-lik düşüş qeydə alınıb.

“Vedemosti” qəzeti xəbər verir ki, buna baxmayaraq, İqtisadi İnkişaf Nazirliyi avqustun sonuna ölkənin 2019-2020-ci illər üçün sosial-iqtisadi inkişaf proqnozunu aşağı salıb. Nazirlik etiraf edib ki, prezidentin may fərmanı ilə qarşıya qoyulan tapşırıqların bir hissəsi yerinə yetirilməsi mümkün tapşırıqlar deyil.

Rusiya iqtisadiyyatında tənəzzül yaxın aylarda ən mümkün inkişaf ssenarisidir. Ali İqtisad Məktəbinin mütəxəssisləri doqquz ay ard-arda mənfi zonada qalmaqda davam edən azad kompozit indeksinin dinamikasının təhlili əsasında belə bir nəticəyə gəlib. Buna əsasən istehsal məhsullarsına yeni sifarişlərin azalması və neft qiymətlərinin ucuzlaşması səbəb olub.

Stolıpin adına İqtisadi İnkişaf İnstitutunun mütəxəssislərinin fikrincə, kiçik və orta biznesin zəifləməsi texniki ressesiyaya gətirib çıxara bilər. Bu barədə “RBC” agentliyi xəbər verir. İnstitutun verdiyi məlumata əsasən, cari ilin ilk yarısında kiçik və orta biznes sahəsində çalışan işçilərin sayı 1,6% (257 min nəfər) azalıb.

“Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli kredit reytinqini sabit proqnozla “BBB-“-dan “BBB”-ə artırıb. Analitik hesabatda deyilir ki, rublun məzənnəsinin artan uyumluluğu büdcə qaydalarına riayət etməklə yanaşı ölkənin maliyyə və geosiyasi problemlərin, o cümlədən real iqtisadi sektorun problemlərinin öhdəsindən gəlməyə imkan yaradır.

Avqustun sonunda “Skripallar işi” çərçivəsində ABŞ-ın növbəti sanksiya paketi qüvvəyə minib. Amerika banklarına Rusiyanın rublla təyin edilən ilkin suveren borcunda iştirakına və Rusiya hökumətinə qeyri-rubl kreditləri təqdim etmək qadağan edilib. Bundan başqa, sanksiyalar beynəlxalq təşkilatlardan – Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan Rusiyaya kredit xəttinin məhdudlaşdırılmasını tələb edir. Həmçinin Rusiyaya bir sıra məhsul və texnologiyaların ixracına da əlavə məhdudiyyətlər tətbiq edilib.

Avqustun əvvəli Amerikanın yeni sanksiya paketi haqqında məlumat yayıldıqdan sonra rubl ucuzlaşmağa başlayıb. Bir ay ərzində dollar və avro hər biri 3 rubl bahalaşıb. Amerika dollarının məzənnəsi 63,4 rubldan 66,5 rubla, avroda isə 70,7 rubldan təxminən 74 rubla qalxıb. Düzdür, Avropa valyutası ayın sonuna doğru 73,4 rubla düşüb.

Rusiya Bankının avqusta olan məlumatına əsasən, istehlak kreditində artım tempi üçüncü aydır zəifləməyə davam edir. Fiziki şəxslərə kredit artımının aylıq templəri hər ay 0,2% azalıb, apreldə 2% olan göstərici iyulun sonu 1,2% enib. Mərkəzi Bank xəbər verir ki, iyul ayına olan vaxtı keçmiş borc həcmi 1,2% artıb, amma artım bir neçə bankda cəmlənib.

Düzdür, daha geniş müddətdə kreditləşmənin ləngiməsi elə də böyük olmayıb. Cari ilin ilk yeddi ayı ərzində kredit portfeli 11% artdığı halda, ötən ilin analoji dövründə bu göstərici 11,6% olub.

 

Mənbə: EURASIANET

FİKRİNİ BİLDİR