KOSMETİK DƏYİŞİKLİKLƏR AZƏRBAYCANDAKI BÖHRAN SİKLİNİ SAXLAYA BİLMƏYƏCƏK

Üç il əvvəl qlobal neft qiymətlərinin ucuzlaşması nəticəsində Azərbaycan iqtisadiyyatı düşüş yaşayıb, ölkədə etiraz dalğası başlayıb. Bu barədə İstanbulda yaşayan azərbaycanlı müstəqil jurnalist Arzu Qeybulla “IPG” portalında dərc olunan məqaləsində yazır.

Ölkə əhalisi Siyəzəndən Lənkəran, Füzuli və Ağsuya kimi iqtidarı infilasiyanı aşağı salmağa, qiymət artımı və işsizlik ilə mübarizə aparmağa çağırıb.

Bununla belə, hökumət günahı öz üstünə götürməkdən boyun qaçırıb. Əvəzində onlar müxalifətdə və Bakının şimalında yerləşən kiçik bir şəhərdə günah keçiləri tapıblar. Guya ultramühafizəkar Nardaran şəhərində yaşayan dini ekstremistlər hakimiyyəti devirməyi və ölkədə şəriət qanunları qurmağı planlaşdırır.

Digər tərəfdən, un və çörəyə verginin ləğv edilməsi, pensiyaların 10% artırılması haqqında qərar qəbul edilib.

Həmin vaxt bir çox müstəqil analitik və tənqidçi real struktur islahatlara ehtiyacın olduğunu bildirib. Onların sözlərinə görə, ilk növbədə, neft sənayesinin diverfikasiyası Azərbaycanda əsas rol oynayır.

Məqalə müəllifi xatırladır ki, mayda Gəncədən paytaxt Bakıya gələn bir qrup sakin onların ailə üzvlərini azadlıqdan məhrum edən və işgəncələrə məruz qoyan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib. Həbslər bir il öncə Gəncə şəhərinin o vaxtkı meri, yeddi il hakimiyyətdə olan Elmar Vəliyevə qarşı uğursuz sui-qəsd cəhdindən sonra başlayıb.

Həmçinin cari ilin aprel ayında Kürdəmir sakinləri otlaq sahələrinin ələ keçirilməsinə etiraz əlaməti olaraq Bakı-Qazax şossesində hərəkəti dayandırmağa çalışıblar. Cəlilabadda üç kəndin yerli sakinləri kartofa ixrac rüsumuna qarşı çıxıblar; onlar acınacaqlı vəziyyətlərinə diqqət çəkmək üçün Bakı-Astara avtomobil magistralını qazmağa çalışıblar.

Bakı ətrafında yerləşən Zabrat kəndinin sakinləri may ayında bir neçə yolu bağlayaraq, uzun illərdir əziyyət çəkdikləri qaz probleminin həll edilməsini tələb ediblər. Xırdalan kəndinin sakinləri isə su və elektrik enerjisi probleminə görə küçəyə çıxıblar.

Bir əsrlik tarixi binanı xilas etmək üçün paytaxtın rəssamlar, rejissorlar və fotoqraflar birliyi aidiyyatı qurumları tikilini dağılma təhlükəsindən qorumağa çağırıblar.

İyunda Sədərək ticarət mərkəzində mağaza sahibləri icarə haqqının kəskin şəkildə artmasına və yeni vergilərə etiraz əlaməti olaraq bir araya gəliblər.

Bundan başqa, əvvəlki illərdən fərqli olaraq, iqtidar bu il üçüncü dəfə minimal əmək haqqı və müavinətlərin artırıldığını elan edib.

Jurnalist qeyd edir ki, bu gün Azərbaycanda baş verənlər 2016-cı ildə yaşanan hadisələrə oxşayır.

Həmin il ölkə devalvasiya və maliyyə böhranından əziyyət çəkəndə rəhbərlik təzyiqlərə məruz qalan vətəndaş cəmiyyətinə düşmən mövqeyini yumşaltmaq məcburiyyətində qalıb, əfv fərmanı imzalayıb. Nəticədə tanınmış siyasi məhbusların çoxu azadlığa buraxılıb.

Analoji şəkildə cari ilin mart ayında, Novruz bayramı ərəfəsində prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Həmin sənədə əsasən 50-ə yaxın siyasi məhbus həbsdən azad edilib. Bu da ən yüksək göstəricidir.

2016-cı ildə iqtidar korrupsiya problemi ilə məşğul olmaq qərarına gəlib. Onların ilk hədəfi gömrük sistemi olub. Həmin vaxt “Financial Times” nəşri yazırdı ki, “iqtisadi tənəzzülə baxmayaraq, 2016-cı ilin ilk altı ayında gömrükdən gələn gəlir bir öncəki ilin analoji dövrü ilə müqayisədə 30% artıb”.

İlham Əliyev 2018-ci ildə yenidən prezident seçildikdən sonra islahatların keçiriləcəyinə söz verib.

Dövlət başçısı iqtidaryönlü “Real TV” teleşirkətinə müsahibəsində (İlham Əliyevin yerli xəbər agentliyinə ilk müsahibəsi) bildirib ki, “keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılıb və bu ilin əvvəlindən yeni islahatlara start verilib”.

Ardınca Əliyev qeyd edib ki, islahatların əsas hədəfi “Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir”.

Lakin bütün ölkədə insanları pis vəziyyətdə olan yaşayış şəraiti, su, elektrik enerjisi və qaz problemi, inflyasiya və işsizlik narahat edir. 

Ancaq Əliyevlər ailəsinin Azərbaycanda hakimiyyətə gəlməsindən 26 il sonra hələ də əhəmiyyətli sosial və iqtisadi tərəqqi əldə olunmayıb, real siyasi islahatlar isə əvvəlki kimi əlçatmaz olaraq qalır.

Mənbə: IPG

FİKRİNİ BİLDİR