NİYƏ ABŞ XƏZƏRİN DƏNİZ, RUSİYA İSƏ GÖL OLDUĞUNU İDDİ EDİR

Avropa ilə Asiyanın kəsişməsində Xəzər dənizi (daxili dəniz - orijinal) yerləşir. Daxili dəniz ifadəsindən onun əsl dəniz olduğuna dair təəssürat yaransa da, dünyanın başqa ölkələri onu “göl” adlandırardı. Çünki böyük bir ərazini əhatə edən su hövzəsi uzun müddət dünyanın ən böyük gölü hesab edilib. Bir neçə il əvvəl ABŞ Xəzər dənizinin “göl” kimi təyin edilməsini şübhə altına alıb. Birləşmiş Ştatlar su hövzəsinin dəniz kimi təsnif edilməsini təklif edib. Bu təklif Rusiyadan başqa bəzi ölkələr tərəfindən dəstəklənib. Niyə ABŞ Xəzərin dəniz olduğunu iddia edir, Rusiya isə israrla onun göl olduğunu bildirir? Çinin “Sohu” qəzeti bu suala aydınlıq gətirməyə çalışır.

Xəzər hövzəsinin ekosistemi dənizə oxşayır. O, balıq resursları ilə zəngindir. XX əsrin 90-cı illərinədək Xəzər dənizinin sahillərində cəmi iki ölkə - SSRİ və İran yerləşib. O vaxt Sovet İttifaqı ABŞ ilə rəqabət aparan böyük dövlət olub. O, İrandan daha güclü olub, lakin bu iki ölkə arasında su hövzəsinin istifadə hüququ ilə bağlı ciddi mübahisə yaşanmayıb. 1991-ci ildə SSRİ 15 müstəqil dövlətə parçalanıb. İndi Xəzər dənizinin sahilində beş ölkə yerləşir.

Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycanın Xəzər dənizinə çıxışı var. Zaman keçdikcə bu ölkələr təbii resursların axtarışı və kəşfi sahəsində texnoloji irəliləyişə nail olublar və Xəzər dənizində neftlə zəngin yataqlar aşkar ediblər. Ekspertlərin fikrincə, burada 60 milyard tondan çox neft ehtiyatı var. Bu da “neft kralı” Səudiyyə Ərəbistanın ehtiyatından iki dəfə çoxdur. Rusiyanı çıxmaq şərtilə bu ölkələr həmin regionda neft ixracı ilə məşğul olurlar və onların daxili iqtisadiyyatı məhz bunun üzərində qurulub.

Xüsusilə bu sözlər Azərbaycana aiddir. Neft sənayesinin inkişaf dövründə ölkə əsas neft ixracatçısına çevrilib. O vaxt neft indiki kimi beynəlxalq statusa malik deyildi, “sənayenin arteriya damarı” hesab edilmirdi. Ona görə Azərbaycan indi Səudiyyə Ərəbistanı və BƏƏ kimi misli görünməmiş gəlir əldə etmirdi, onun gəliri kifayət qədər az idi. Neft hasilatı inkişafının pik həddinə çatanda Azərbaycanın demək olar resursu qalmadığından paytaxt Bakının iqtisadi inkişafı artıq 20 ilə yaxındır eyni səviyyədə qalıb.

Məqalədə deyilir ki, Xəzər dənizində neft yataqları aşkar ediləndə Azərbaycanın yüksək çevrələrində neft yataqlarının işlənməsi hesabına ölkə iqtisadiyyatını bərpa etməklə bağlı arzu yaranıb.Əgər Xəzər dənizi göl olsaydı, onda beynəlxalq təcrübəyə müvafiq şəkildə, sahilyanı beş ölkənin hamısının onu mənimsəməyə haqqı olardı. Başqa ölkələrin gəmiləri yalnız Rusiya və digər dörd ölkənin razılığı ilə Xəzər dənizində lövbər sala bilərdi. Əgər ABŞ-ın təklifi ilə Xəzər dənizini yenə də “dəniz” kimi tanısalar, onda Rusiya və digər dörd ölkə 12 dəniz mil məsafəsində iqtisadi zonaya iddialı ola biləcək. Qalan bütün ərazi beynəlxalq akvatoriya elan ediləcək və dünyanın bütün gəmiləri maneəsiz burada dayanıb, neft hasilatı ilə məşğul ola biləcək.

Əslində ABŞ məhz neftə görə su hövzəsinin dəniz hesab edilməsinə israr edir. Onlar da bu akvatoriyadan pay istəyirlər. Rusiya da Xəzərin göl olduğunu iddia etməklə eyni məqsəd güdür. Rusiya Xəzəryanı ölkələr arasında yaxşı inkişaf etmiş sənayeyə malik ən güclü ölkədir. Əgər su hövzəsi göl hesab edilsə, bu, ilk növbədə məhz Rusiyaya sərf edəcək.

Xatırladaq ki, ötən ilin avqust ayında Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya imzalanıb. Sənəddə deyilir ki, yalnız yuxarıda adı qeyd edilən beş ölkənin bu akvatoriyada öz qoşunlarını yerləşdirmək hüququ var. Bu məsələ ilə bağlı başqa ölkələrin silahlı qüvvələrinə icazə verilmir.

Azərbaycan və digər ölkələr neft ehtiyatlarının əhəmiyyətini başa düşürlər, ona görə ABŞ ilə əməkdaşlığa getmirlər. Konvensiya ABŞ-ın Xəzər dənizi ilə əlaqəli məsələlərə güc yolu ilə müdaxiləsini mümkünsüz edir.

Hal-hazırda Rusiya bu məsələdə qələbə qazanıb. Ancaq ABŞ da hələ təslim olmayıb. Rəsmi xəritələrdə, sənədlərdə Xəzər “dəniz” adlandırılır. Beynəlxalq arenada da bu mövqe dəstəklənir. Bizə yalnız Xəzər dənizinin gələcək aqibəti ilə bağlı yekun qərarı gözləmək qalır.

 

Mənbə: SOHU

FİKRİNİ BİLDİR