ERMƏNİSTANDA AMUSLAR MƏDƏNİNİN İSTİSMARI NİYƏ TƏHLÜKƏLİDİR?

Ermənistan hökuməti Amulsar qızıl mədəninin istismarı üzrə işlərin davam etdirilməsinə icazə verib. Ölkənin baş naziri Nikol Paşinyan avqustun 19-u videomüraciətində bildirib ki, Ermənistan rəhbərliyinin əlində olan məlumata əsasən, “layihə ətraf mühitə ziyan vurmayacaq”. Bəzi ekspertlər isə qızıl yataqlarında işlərin regionun ekelogiyasına ciddi təsir göstərəcəyini hesab edirlər. Bu barədə “DW” portalının İrəvandakı müxbiri Aşot Qazazyan yazır.

Mütəxəssislərin hesablamalarına görə aşkar edilən mədəndə 31 milyon ton filiz və 40 ton saf qızıl ehtiyatı var. Britaniya ilə Amerikanın “Lydian Armenia” şirkəti on il ərzində yataqlarda kəşfiyyat işləri aparıb. Elə 2016-cı ildə həmin şirkət mədənin istismarına hazırlıqlara başlayıb. Bugünədək mədənin işlənilməsinə 400 milyon dollara yaxın vəsait investisiya edilib. Ermənistanın keçmiş baş naziri Ovik Abramyan Amulsar layihəsini ölkə tarixində ən böyük beynəlxalq investisiya proqramı adlandırıb.

Yerli ekoloqlar narahatdır. Onlar hesab edirlər ki, Amulsar yataqlarının istismarında istifadə edilən natrirum sianidi çay sularının oksidləşməsinə səbəb ola bilər. Nəticədə çirklənmiş su içmək və suvarma üçün əlverişsiz hala düşə bilər. Bu da Cermukada mineral mənbələrə və Sevanın ekoloji sisteminə bərpa edilməz zərər vura bilər.

Keçmiş rəhbərliyin ətraf mühitə risklərlə bağlı ilkin analiz aparmadan, “Lydian Armenia” şirkətinin hesablamalarına inanaraq Amulsar yataqlarının istismar layihəsini təsdiqləməsi ekoloqları daha da qəzəbləndirib.

Ötən il yay mövsümündə ətraf mühit mühafizəçiləri mədən ərazisinə girişi bağlayıblar. Ölkənin yeni rəhbərliyi layihənin icrasını dondurub və yeni ekspertiza keçirmək istədiyini elan edib.

15 avqust 2019-cu ildə cinayət işi çərçivəsində İstintaq Komitəsi “Earth Link & Advanced Resources Development” beynəlxalq ekspert qrupunun gəldiyi nəticəni ictimailəşdirib. Sənəddən məlum olub ki, ekoloji təhlükə yoxdur, mümkün risklər isə nəzarətdə saxlanıla bilər. Elə həmin gün ekoloqlarla vətəndaşlar küçələrə çıxıblar, hətta avqustun 19-u şəhərin mərkəzini bağlamağa çalışıblar.

İstehlakçıların məsləhət mərkəzinin sədri Karen Çilingaryan Ermənistanın iqtisadiyyatın inkişaf etdirmək üçün qabacıl yolu deyil, mədənin istismarını seçməsindən dolayı təəssüf hiss keçirir. O, xatırladır ki, yataqların intensiv, bəzən nəzarətsiz istismarı artıq ekologiya sahəsində acınacaqlı nəticələrə gətirib çıxarıb. Çilingiryanın fikrincə, ətraf mühitə vurulan zərər dövlətin yataqların istismarından əldə etdiyi gəlirlə müqayisə edilə bilməz.

Ekoloqlar və ictimai fəallar etiraz aksiyalarını davam etdirəcəklərinə söz veriblər. Amulsar yataqlarının istismarı üzrə qərarının icrasını təmin etmək üçün hökumətin hansı addımlar atacağı hələ bəlli deyil. Bu arada “Lydian Armenia” şirkəti beynəlxalq arbitraj məhkəməsinə müraciət etsə, ölkə 700  milyon dollar yaxın cərimə ödəyə bilər. Hələlik investorlar məhkəmə instansiyalarına müraciət etmək istəmirlər.

Mənbə: DW

FİKRİNİ BİLDİR