PAŞİNYAN TEZ BİR ZAMANDA HƏLL YOLU TAPMALIDIR

Ermənistan Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, eks-deputat Miqran Poqosyanın İrəvana təhvil verilməməsi Ermənistan və Rusiya arasındakı son dərəcə ciddi siyasi böhranın nəticəsidir. Başqa amillərlə yanaşı, Ermənistanın bir nömrəli stareji müttəfiqi hesab edilən ölkənin İrəvana bu cür münasibət sərgiləməsi ondan xəbər verir ki, Ermənistanın xarici siyasəti, diplomatiyası demək olar bütün istiqamətlər üzrə müvəffəqiyyətsizliyə uğrayıb. “1in.am” saytının köşə yazarı Sargis Arsruni bu fikirdədir.

Məqalə müəllifi qeyd edir ki, inqilabi nəticələr xarici siyasətdə öz əksini tapmayıb və bunu hökumət nümayəndələri də etiraf edir. Verilmiş halda söhbət kiçik uğursuzluqlardan, ya da ayrı-ayrı epizodik hallardan deyil, konseptual problemlərdən gedir.

Birincisi, inqilabın xarici siyasətdə dəyişiklik nəzərdə tutmaması ilə bağlı tezis prinsipcə mexaniki qəbul edilib.

Nikol Paşinyanın bu tezisi məzmun baxımından əvvəlcədən səhv olub, çünki müasir dünyada xarici və daxili siyasət arasında mexaniki sərhəd yoxdur, bundan başqa, onlar vahid siyasət kimi qəbul edilir. Paşinyanın xarici siyasi vektorda dəyişikliyin olmayacağını nəzərdə tutduğunu hesab etsək belə, qeyd etmək məcburiyyətindəyik ki, ötən müddət ərzində xarici siyasətin fəlsəfəsində də dəyişiklik baş verməyib, nəticədə nəinki Ermənistan xarici siyasətinin Moskvadan birtərəfli asılılığı aradan qaldırılmayıb, eyni zamanda Ermənistan-Rusiya münasibətlərində dərin institusional böhran meydana çıxıb. Miqran Poqosyan epizodu sadəcə bunun lokal təzahürüdür. Saytda bugünkü Xarici İşlər Nazirliyinin, diplomatik korpusun inqilabi gündəliyə, Nikol Paşinyanın iddialı planlarına xidmət göstərə bilməməsi ilə bağlı əsaslandırılmış materiallar yayımlananda Xarici İşlər Nazirliyi dərhal  etinasız, hətta ironiyalı ritorika ilə cavab verir, deyilənlərin məğzinə varmadan detallı izahat verməyə, faydasız statistikaya müraciət etməyə başlayır.

Jurnalist yazır ki, kriminal oliqarxiyanın hakimiyyətdə olduğu son iyirmi ildə diplomatik korpusda əksəriyyətin nə ilə məşğul olduğunu hamı çox yaxşı bilir. Onların çoxu xaricdə qanlı 1 mart hadisələrinin legitimləşdirilməsini dəstəkləyib, halbuki həmin vaxta kimi “A1+” teleşirkətinin bağlanmasını, saxtalaşdırılmış seçkiləri, siyasi təqibləri, qətlləri müdafiə edib.

Diplomatların belə etməsinə səbəb onların peşəkarlığı səbəb olmayıb. Sadəcə komformizm onlar üçün daha rahat olub. Onlar mümkün bütün yollarla kriminal oliqarxiyanı razı salmağa, hətta bu qanunsuz sistemə inteqrasiya etməyə çalışıblar. 

Robert Koçaryan, Serj Sarkisyandan fərqli olaraq mövqe sahibi olmayan, bu gün Xarici İşlər Nazirliyinin böyük bir hissəsini təşkil edən diplomatlar yeni Ermənistanın iddialı gündəliyinə xidmət edə bilmir. Diplomatlar peşəkar keyfiyyətlərə sahib olsa belə, bu aksiomdur. Hərçənd özünə hörmət edən heç bir peşəkar kriminal oliqarxiyanın dövlət maraqlarına zidd olan tapşırıqlarını belə gözübağlı şəkildə və bu qədər israrla yerinə yetirməzdi.

Köhnə və yeni Ermənistan arasındakı dissonans məhz Xarici İşlər Nazirliyindədir. Zoqrab Mnasakanyan yeni Ermənistanın gündəliyinə xidmət edə bilməz. Daxili motivasiyası və görüşü olmayan diplomatlar yeni Ermənistanın səfiri ola, ölkənin yeni imicini və vizit kartını formalaşdıra bilməz.

Nikol Paşinyan konseptual və kadr baxımından tez bir zamanda həll yolu tapmalıdır. Yoxsa gec olacaq.

Mənbə: 1IN.AM

FİKRİNİ BİLDİR