MARİXUANANIN LEQALLAŞDIRILMASI: ÇƏTƏNƏ BUMU KANADAYA NƏ VERİB?

Kanadanın Hamilton şəhərində belə bir reklam lövhəsi görmək olar: “Salam, çətənə”. Niderlandda qəhvə mağazalarında tamamilə qanun çərçivəsində yüngül narkotiklərin dadına baxmaq mümkündür. Oradan fərqli olaraq Kanadada çətənəni almaq mümkün olsa da, yerində istifadə etməyə icazə yoxdur. Ən müxtəlif yaş kateqoriyasından olan 400-700 nəfər hər gün Oliver Koppolinonun (Oliver Coppolino) çətənə dükanına baş çəkir. Bu mağaza Ontario ştatında fəaliyyət göstərən 50 dükandan biridir. Nikolas Martin “DW” portalında dərc edilən məqaləsində Kanadada çətənə bumunu araşdırır.

Məqalə müəllifi xatırladır ki, Kanadada marixuananın tibbi məqsədlərlə istifadəsi 2001-ci ildə qanun çərçivəsinə minib. Kanada marixuana istifadəsini leqallaşdıran ilk böyük ölkə olub. Yeni qanuna əsasən, yetkinlik yaşına çatmış şəxslər lisenziyalı satıcılardan şəxsi istifadə məqsədilə marixuana ala və ictimai yerlərdə üstlərində təxminən 30 qram narkotik maddə gəzdirə bilər.

Qanun qüvvəyə minmədən öncə aparılan müxtəlif araşdırmaların nəticələrinə görə bu sahədə qara bazarın illik dövriyyəsi 4 milyard avro təşkil edib. Aydındır ki, çətənə ticarətinin leqal biznesə çevrilməsi bu işlə məşğul olanları sevindirib.

Bir sıra müəssisə müstəqil satışa icazə verilmədən öncə bu sahədə hazırlıq işlərinə başlayıb. Onlar böyük riskə gediblər, çünki leqallaşmanın baş verib-verməyəcəyi uzun müddət bəlli olmayıb. Ölkənin hazırkı baş naziri Castin Tryudonun (Justin Trudeau) seçkiqabağı vədlərindən biri bu məsələyə aid olub. O, iddia edib ki, leqallaşdırılma marixuanın qanunsuz satışı və gənclər arasında istifadəsi ilə mübarizə aparmaq üçün ən yaxşı üsuldur.

Tələbatın böyük olmasına baxmayaraq, çətənənin istehsal və satış bazarı planlaşdırıldığı kimi sürətlə inkişaf etmir. Kanadanın ən böyük qəzetlərindən biri “The Globe and Mail”-in iqtisadi icmalçısı Mark Rendell (Mark Rendell) hesab edir ki, investorlardan pul almaq üçün şirkətlər qızıldan dağ vəd etsələr də, əslində leqal istehsalın tələbatı təmin etməsi üçün ən azı daha üç ilə ehtiyac var.

“Analysehaus Arcview Group” mərkəzinin analitikləri də eyni fikirdədir. Onlar hesab edir ki, leqal marixuana bazarı 2024-cü ilədək 4 milyard avroluq həcmə çatacaq. Kanadalı ekspertlərin hesablamalarına əsasən, qanuni bazar qara bazarın hələ sadəcə 20%-ni ələ keçirə bilib.

Sahibkarlar lisenziya almaq üçün növbədədir. Bazar böyük gəlir vəd etsə də, sürətlə inkişaf etmir. Bunun bir neçə səbəbi var. Birincisi, leqal istehsalçılar üçün çətənə yetişdirmək yeni bir iş deyil. Xüsusi avadanlıq, nəhəng istixanalar, ixtisaslı kadrlar lazımdır.

Və ən əsası, yeni tədbirlər həqiqətən gənclər arasında marixuanadan istifadə hallarının azalmasına kömək olacaqmı? Yoxsa Kanadanın istehsal və satış bazardakı yeni böyük oyunçular istər-istəməz ölkədə narkomaniyanın yayılmasına səbəb olacaq? Yeni qanunun qəbul edilməsindən kifayət qədər vaxt keçməyib ki, bu suallara qəti cavab vermək mümkün olsun.

Mənbə: DW

FİKRİNİ BİLDİR