DÜNYA YENİ NÜVƏ SİLAHI YARIŞMASININ ASTANASINDADIR

“Nə Putin, nə Tramp (Donald Trump), nə ABŞ “Orta və yaxın mənzilli raketlərin ləğvinə dair” sazişin (OYRM) müddətini uzatmaq istəmir. Beynəlxalq nüvə silahına nəzarət sistemi məhv olmaq üzrədir”, - Almaniyanın “Handelsblatt” nəşri yazır.

Münhen Təhlükəsizlik Konfransının başçısı Volfhanq İşinger (Wolfgang Ischinger) qəzetə açıqlamasında bildirib ki, OYRM müqaviləsinin başa çatması təhlükəsizlik siyasətində üçlü böhrana səbəb olacaq: “Avropa təhlükəsizliyi böhranı, nüvə silahına nəzarət böhranı və Rusiyaya etimad böhranı”. Ekspertin fikrincə, nüvə birliyi və NATO daxilində həmrəylik pozulsa, üçlü böhran asanlıqla dördlü böhrana çevrilə bilər.

Jurnalistlər Yan Dirk Herberman (Jan Dirk Herbermann) və Torsten Rike (Torsten Riecke) yazır ki, rəqib dövlətlərin üzərindən öhdəlik götürülən kimi onlar yenidən öz arsenallarını genişlətməyə başlayacaqlar. Və əhalinin sıx məskunlaşdığı Avropa kütləvi qırğın silahının istifadəsi üçün potensial meydana çevriləcək.

Saziş Vaşinqtonda yerləşən Stimson adına mərkəzin əməkdaşı Maykl Kreponda (Michael Krepon) getdikcə daha çox narahatlıq doğurur. Ekspert qeyd edir ki, ABŞ prezidenti Donald Tramp və onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun (John Bolton) “SHS-3” sazişinin müddətini uzatmağa nə diplomatik qabiliyyəti, nə də marağı var.

Stoltenberqin (Jens Stoltenberg) sözlərinə görə, hələlik NATO-nun Avropada yer bazalı orta mənzilli yeni nüvə raketləri yerləşdirməklə bağlı planı yoxdur.

Məqalədə deyilir ki, iki düşmən nüvə dövləti – Hindistanla Pakistan arasında davam edən münaqişə əlavə əndişə doğurur. Heç kim zəmanət verə bilməz ki, fevralın sonu qonşu ölkələr arasında başlayan qısamüddətli konvensional hərbi qarşıdurma qarşılıqlı nüvə hücumları ilə nəticələnməyəcək. Asiyanın bir başqa bölgəsində - Şimali Koreyada da gərginlik ocağı közərir.

Sazişə əsasən, yalnız beş ölkənin (Çin, Fransa, Böyük Britaniya, Sovet İttifaqı (Rusiya) və ABŞ) nüvə silahı ola bilər. Sənəd çərçivəsində bu ölkələr həmçinin sərt, effektiv beynəlxalq nəzarətin altında nüvə silahlarını tamamilə məhv etməlidir. Lakin beş rəsmi nüvə dövləti silahların məhv edilməsi ilə bağlı əsas vədlərini yerinə yetirmir və sazişin əsasını pozmaqla, başqa dövlətləri də nüvə silahı əldə etməyə vadar edir.

“Başqa sözlə, bir dəfə əlinə bomda düşən, bir daha  ondan imtina etməyəcək. Və o, bombanın həmişə müasir səviyyədə olmasının qeydinə qalacaq. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİRPİ) cari ildə 13900 nüvə başlığı qeydə alıb. Onların böyük bir hissəsi, 90%-dən çoxu ABŞ ilə Rusiyanın payına düşür”, - məqalədə deyilir.

1996-cı ildə əldə olunan, 160-dən çox dövlətin təsdiqlədiyi, amma ABŞ və Çinin ratifikasiyasından keçmədiyi üçün qüvvəyə minməyən “Nüvə sınaqlarının hərtərəfli qadağası haqqında” saziş  də “Nüvə silahının yayılmaması haqqında” sazişlə sıx əlaqəlidir.

Mənbə: HANDELSBLATT

FİKRİNİ BİLDİR