RUSİYADA NARAZILIĞIN SƏVİYYƏSİ ARTIR

“Rusiyanın dörd bir tərəfində yanğınlar tüğyan edir”, - Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun fəxri professoru Jan Radvani (Jean Radvanyi) “Le Monde” nəşrində yazır.

“İyul ayının əvvəlindən meşə yanğınları Şərqi Sibiri xarabalığa çevirib. İyulun 30-dək 3,3 milyon hektardan çox ərazini tüstü bürüyüb. Bir neçə rayonda “qara səma” rejimi tətbiq edilib. Bu zaman toksiki maddələrin miqdarı icazə verilən normadan iki dəfə çox olur. “Meduza” müstəqil informasiya saytının məlumatına görə, smoq Uraladək Qərbi Sibir və onun ətraf bölgəsində bütün şəhərləri əhatə edib. Ölkə vətəndaşları petisiya imzalayır, hökuməti yanğınlarla ciddi mübarizə aparmağa çağırırlar. Yanğınların 5%-i ilə mübarizə aparılır. Çünki normativ aktlar yerli rəhbərliyi fəaliyyətdən azad edir. Belə ki, heç bir yaşayış məntəqəsi təhlükə altında deyil, yanğının söndürülmə xərcləri isə meşələrin iqtisadi dəyərini üstələyir”, - məqalədə deyilir.

“Bu arada, mətbuatın ilk səhifələrində başqa növ yanğın da müzakirə edilir. İyulun 16-ı Moskva Şəhər Seçki Komissiyası Şəhər Dumasına seçkilərdə “qeyri-sistem” müxalifətini təmsil edən 30 müstəqil namizədin qeydiyyatına rədd cavabı verib, onların sentyabrın 8-nə təyin edilən bələdiyyə seçkilərində iştirakına icazə verməyib”, - məqalə müəllifi qeyd edir.

“Etirazlar özlərini çox gözlətməyib. İyulun 20-i ilk icazəli mitinq keçirilib. Həmin aksiyada təxminən 20 min nəfər iştirak edib”, - ekspert yazır.

“İmtina qərarı ilə bağlı qaneedici izahat verilmədiyi üçün bir neçə namizəd iyulun 27-i təkrar aksiyaların keçirilməsini tələb edib. İcazəsiz nümayiş zamanı polis rekord sayda həbsə imza atıb. Bəzi mənbələrin məlumatına görə, 1300-dən çox iştirakçı saxlanılıb”, - Radvani qeyd edir.

“Rəsmi KİV insidentlərdə müxalifətçiləri günahlandırmağa başlayıb, xaricdən dəstəklənən təxribatı ifşa etməkdən çəkinməyib. Lakin bu arqument heç kimi inandırmayıb. Şərhçilərin çoxu rejimin avtoritar meylini təsdiqləyən sırf güc strukturlarının fəaliyyətinə bel bağlayan strategiyanın inandırıcılığını şübhə altına alır”, - alim yazır.

“Ancaq dövr dəyişir. Seçicilərin çoxu hakimiyyətə inanmağa davam etsə də, liderlərin, o cümlədən Vladimir Putinin populyarlığı zəifləyir, narazılığın səviyyəsi artır. Müxalifətin canlanması ilə yanaşı başqa məqamlar da əhalinin birləşə bildiyini göstərir”, - Radvani belə hesab edir.

“Yekaterinburqda sakinlər şəhər parkında kilsə tikmək istəyən merə qarşı çıxıblar və bu etirazlar nəticəsiz qalmayıb. Ölkənin şimalında zibilxanalarla bağlı səriştəsiz rəhbərlərə qarşı etiraz aksiyaları güclənib. İyunda Moskvada korrupsiya hallarını araşdıran “Meduza” saytının jurnalisti saxlanılıb. Onun saxta ittihamlarla həbs edilməsi kütləvi informasiya vasitələrinin ədliyyə və güc strukturlarına qarşı misli görünməmiş səfərbərliyi ilə nəticələnib”, - məqalədə deyilir.

“Seçkiqabağı mübazirə yeni bir şey deyil. 2011-2012-ci illərdə qanunverici orqanlara seçkilərin saxtalaşdırılmasına qarşı keçirilən böyük etiraz hərəkatını yada salmaq kifayətdir. O vaxtdan bəri rejim seçki qanunvericiliyini daha da sərtləşdirib, sistemin ən qatı əleyhdarlarının aradan qaldırılmasına yönəlmiş çətin maneələr yaradıb”, - Radvani yazır.

“2013-cü ildə Kreml Moskva meri seçkilərində Navalnının namizədliyinə yaşıl işıq yandırıb. Müxalifət lideri 27% səs toplamaqla hamının təəccübünə səbəb olub. İndinin özündə də elektoratın başqa sürprizlər edə biləcəyinə dair əndişələr var”, - ekspert qeyd edir.

“İndi Moskva və başqa regionlarda iqtidaryönlü namizədlər daha “Vahid Rusiya” partiyasının adından çıxış etmir, bu cür yarlıqın son dərəcə narahat olduğunu hesab edirlər. Ancaq daha heç kimi aldada bilməzlər: Vladimir Putinin səlahiyyət müddətinin bitdiyi 2024-cü ilə ümid edilir. Və ciddi islahatlar keçirilmədən mövcud avtoritar meyli yalnız bir məqam təsdiqləyir: gərginliyin səviyyəsi artır”, - sonda məqalə müəllifi yazır.

Mənbə: LE MONDE

FİKRİNİ BİLDİR