SİYASİ MÜHACİRLƏRDƏN AZƏRBAYCANDAKI SİYASİ MƏHBUSLARA DƏSTƏK KAMPANİYASI

Azərbaycanlı siyasi mühacirlərin "Demokratik Azərbaycanı Seç" (DAS) təşkilatının fəalları Almaniyanın Essen şəhərində üç aparıcı yerli media qurumunun (“NRZ Neue Ruhr/Neue Rhein Zeitung”, “WAZ Westdeutsche Allgemeine Zeitung” və “UZ Unsere Zeit”) redaksiya binası qarşısında Azərbaycanda siyasi məhbuslara dəstək aksiyası keçiriblər. Bu barəd “Eko Kavkaza” portalı məlumat verir.

İyulun 19-u aksiya iştirakçılarından biri, fəal Elşən Abdullayev bildirib ki, təşkilatçıların məqsədi Almaniya cəmiyyətinin, mətbuatının diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına, ölkədəKİ siyasi məhbuslara yönəltməkdir.

DAS “almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək" kampaniyasına başlayıb. Həmin kampaniya çərçivəsində KİV-in diqqəti Azərbaycanda insan hüquqlarının pozulmasına, o cümlədən həbsdə olan jurnalistlərin məhkəmə işlərinə yönəldiləcək.

Qeyd edək ki, siyasi məhbusların sayına görə Azərbaycan dünya liderlərindən biridir. Bundan başqa, dünya Media Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 166-cı yeri tutur. “Transparency International” təşkilatının Korrupsiya Qavrama İndeksinə görə isə 180 ölkə arasında 152-ci yerdədir.

Mənbə: EXO KAVKAZA

FİKRİNİ BİLDİR