AZƏRBAYCAN SƏRHƏDDİNDƏ YENİ MÜNAQİŞƏNİN QOXUSU GƏLİR

Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın səfirini çağırıb. Buna səbəb David Qareci monastır kompleksinin yaxınlığında mübahisəli sərhəd zonasında baş verən hadisə olub. Fəallardan ibarət qrup iyulun 14-ü azərbaycanlı sərhədçilərlə münaqişəyə giriblər, onları monastırı təhqir etməkdə və xristian ikonlarını monastırın mağaralarından çıxarmaqda ittiham ediblər. Bu barədə “Exo Kavkaza” yazır.

Hirsli mülki şəxslər rus və gürcü dilində azərbaycanlı sərhədçilərdən izahat tələb ediblər. Hadisə yerindən çəkilən videonun sosial şəbəkələrə yerləşdirilməsi gürcü istifadəçiləri həyəcanlandırıb.

İşğal əleyhinə “Gücümüz birliyimizdədir” hərəkatının başçısı David Kasarava Gürcüstan vətəndaşlarının qəzəbinin təbiəti haqqında daha ətraflı bəhs edir: “Bir neçə gün əvvəl azərbaycanlılar Udabno monastırınının hücrələrindən ikonları çıxarıblar. Bura mübahisəli sərhəd zonasıdır”.

Kasarava açıqlamasında qeyd edib ki, gürcü vətəndaşlarını əsəbiləşdirən ikinci məsələ o olub ki, monaxların mağaradakı yaşayış yeri hesab edilən hücrələr azərbaycanlı sərhədçilər tərəfindən ayaqyolu kimi istifadə edilib. Yerli bələdçi Georgi Kurdgelaşvilinin sözlərinə görə, onlar bu barədə şənbə günü axşam saatlarında xəbər tutublar və iyulun 14-ü səhər tezdən mübahisəli zonaya yola düşüblər.

Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze jurnalistlərə açıqlamasında bildirib ki, bu, gürcü sərhədçilərin vaxtında müdaxilə etməsi sayəsində baş verib. O, mətbuatla görüşdən sonra Azərbaycan tərəfinin nümayəndləri ilə danışıqlar aparıb. Danışıqlar bir neçə saat davam edib. Kupatadzenin məlumatına əsasən, ötən gün fəallardan ibarət qrup gürcü və azərbaycanlı sərhədçilər tərəfindən birgə keşik çəkilən mübahisəli zonaya qalxıb. Kiçik insident baş verib, çünki Gürcüstan vətəndaşları Azərbaycan tərəfinin nümayəndələrini təhqir etməyə başlayıblar: “Verilmiş mərhələdə vəziyyət nəzarət altındadır. İkonlarla bağlı Azərbaycan tərəfi bildirib ki, ikonlar hücrələrdən hava şəraiti pisləşdiyindən, külək və yağış onlara zərər vura biləcəyindən çıxarılıb. Buna görə də azərbaycanlı sərhədçilər ikonaları götürərək gürcü həmkarlarına təqdim ediblər”.

Kupatadze tualetlə bağlı məsələyə də aydınlıq gətirib: “İnanın mənə, orada belə bir şey baş vermir. Azərbaycanlı sərhədçilər həmin kağız və zibillərin turistlər və zəvvarlar tərəfindən atıldığını bildiriblər. Zibil turistlərin həmin yerlərə buraxıldığı vaxtdan oradadır. Bu gün bizə söz verdilər ki, azərbaycanlı sərhədçilər hücrələrin yerləşdiyi yerdə hərəkət etməyəcəklər. Onlar sırf mübahisəli sərhəd zonasına keşik çəkəcəklər”.

Yeri gəlmişkən, Kupatadze əlavə edib ki, Azərbaycan tərəfi münaqişəyə belə xoşagəlməz ab-hava qatan çirkli yerləri özü təmizləyib. O, həmçinin məlumat verib ki, həftə ərzində Gürcüstan vətəndaşlarına Udabno monastırına və hücrələrə baş çəkmək qadağan olunacaq.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Təəssüflə qeyd edirik ki, bu cür insidentlər iki ölkə arasında mövcud olan strateji və əməkdaşlıq münasibətlərinə uyğun deyil. Azərbaycan bunu iki ölkə arasında qarşıdurma yaratmaq üçün həyata keçirilən təxribat kimi qiymətləndirir”.

Mənbə: EXO KAVKAZA

FİKRİNİ BİLDİR