ZELENSKİ POROŞENKONUN LÜSTRASİYASINI TƏKLİF EDİB

Ukraynanın sabiq prezidenti tərəfindən imzalanan “Hakimiyyətin təmizlənməsi haqqında” qanun onun özünə qarşı istifadə edilə bilər. Zelenski Ali Rada seçkilərinə 10 gün qalmış bu məsələ ilə bağlı bəyanat verib.

Ukrayna prezidenti Vladimir Zelenski 2014-cü ildən hakimiyyətdə olan ölkənin ali rəhbərliyinin lüstrasiyasının zəruri olduğunu bildirib. Videomüraciət Zelenskinin “Facebook” səhifəsində yerləşdirilib.

O, lüstrasiya haqqında qanunun 23 fevral 2014-cü ildən 19 may 2019-cu ilədək hakimiyyətdə olan prezident, deputat, nazir və başqa məmurlara kimi genişləndirilməsi üzrə qanun layihəsi təklif edib.

Mənbə: DW

FİKRİNİ BİLDİR