RUSİYA ARALIQ DƏNİZİNDƏ KİMDƏN YANADIR?

Uzun müddətdir Aralıq dənizi və adalar Yunanıstan-Kipr duetinin ixtiyarına verilib. Türkiyənin dəniz sərhədləri, beynəlxalq hüquq lazımi qaydada müdafiə olunmayıb. Türkiyənin xarici işlər nazirləri Suriyaya bir ildə 52 dəfə səfər edəndə, ildə bir dəfə də olsun Şərqi Aralıq dənizini yada salmayıb. Məsələ göründüyü kimi deyil, daha dərin problemlər var. Bu barədə “Habertürk” nəşrinin köşə yazarı Güntay Şimşek yazır.

Bu günlərdə Şərqi Aralıq dənizində ciddi gərginlik yaşanır. Bəzi ölkələr öz hüquqlarının qəsb edilməsinə icazə verməmək üçün Türkiyə və Şimali Kipr Türk Respublikası (ŞKTR) tərəfindən atılan addımlara cavab olaraq narahatlığını ifadə edir. Başqaları, hətta AB vəziyyətlərinə uyğun mövqe sərgiləyir və necə deyərlər, əba altından sopa göstərirlər.

Bəziləri Rusiyanın Türkiyəni dəstəklədiyini hesab edir. Onlar bilmir ki, təyyarə böhranı nəticəsində bu iki ölkənin “pomidora” əsaslanan münasibəti hələ tam qaydasına düşməyib. Rusiya səfiri Aleksey Yerkov maraqlı bəyanat verib: “S-400”-ləri pomidordan ayrı nəzərdən keçirmək lazımdır”.

Məqalədə deyilir ki, Rusiya da Kiprin enerji resurslarının işlənilməsində iştirak etmək istəyir. Belə olduğu təqdirdə, əlbəttə, Rusiya yaranmış həssas vəziyyətə diqqət edəcək.

Türkiyə ikinci gəmisini ŞKTR-nın sahillərinə göndərdikdən sonra Rusiya səssiz qalmayıb, narahatlığını dilə gətirən ölkələrdən biri olub. Bu da çox maraqlıdır. Üstəlik, Türkiyə-ŞKTR münasibətləri qəfil referendum nəticəsində Rusiyaya birləşdirən Krım ilə Rusiya münasibətlərinə oxşamır.

Rusiya Şərqi Aralıq dənizində rus qazına alternativin çıxa biləcəyindən əndişələnir, bu səbəbdən regiondakı layihələrdə iştirak etmək istəyir. Yəni Rusiya Aralıq dənizində ona faydalı olacaq ölkələrin tərəfində mövqe tutur.

Türkiyənin isə Aralıq dənizində hələlik təqdim edə biləcəyi cəlbedici məhsulu, başqa ölkə və şirkətlərlə əməkdaşlıq edə biləcəyi meydanı yoxdur. Türkiyə bu işləri daha əvvəl həyat keçirə bilsəydi, indi mütləq yanında tezislərini dəstəkləyəcək ölkələr olardı.

Rusiya xarici işlər nazirliyinin bəyanatında “Kipr xüsusi iqtisadi zonası”ndan bəhs edilir. Həmin bəyanatda digər tərəfə, yəni ŞKTR-na, adanın türk əhalisinə heç bir istinad yoxdur. Sanki adada təkcə yunanlar yaşayır.

Dolayısıyla, həmin açıqlamalarda Türkiyənin oraya niyə getdiyi, niyə öz hüquqlarını müdafiə etməyə çalışdığı havada qalır. Türk icmasına məhəl qoymadan, bütün bəyanatlarda Türkiyənin atdığı addımların vurğulanması niyyəti bəlli edir.

Rusiyanın bəyanatındakı ən vacib ifadə isə belə səslənir: “Düşünürük ki, Kiprin suverenliyinin pozulması Kipr probleminin möhkəm, ədalətli həllinə şərait yarada bilməyəcək”.

Rusiya Şərqi Aralıq dənizindəki təbii qazın qısa müddət ərzində və daha asan yolla Avropaya tədarük edilib özünə rəqib çıxmasını istəmir.

Rusiya xüsusilə Aralıq dəniz regionu ölkələri, məsələn, Kiprin Yunanıstan hakimiyyəti, İsrail, Misir və Livanın Türkiyə ilə razılığa gəlib Anadolu vasitəsilə təhlükəsiz marşrut və müvafiq qiymətə təbii qaz nəql etməsini istəmir.

Mənbə: HABER TÜRK

FİKRİNİ BİLDİR