ERMƏNİSTƏNIN ENERJİ TƏCHİZAT SİSTEMİ ÇÖKÜB

Ermənistanın enerji təchizatı sistemində qəza baş verib. “RBC” agentliyi xəbər verir ki, bunu Ermənistanın Baş Nazirinin müavini Tiqran Avinyan bildirib.  

Onun sözlərinə görə, İrəvan İstilik Elektrik Stansiyası və Razdan İstilik Elektrik Stansiyasının 5-ci enerji blokunun işi enerji sistemində baş verən qəza ilə bağlı dayandırılıb.  

“Bütün respublika ərazisində elektrik enerjisinin verilişində kəsintilər baş verə bilər", - deyə Avinyan qeyd edib.   Qəzaya görə İrəvan metropolitinin fəaliyyəti dayandırılıb. Bunu paytaxt meriyasının mətbuat katibi Akop Karapetyan özünün “Facebook” səhifəsində dəqiqləşdirib.  

“Bəzi yerlərdə qatarlar tuneldə qalıb. Sonra elektrik verilişi qismən bərpa edilib, qatarlar stansiyalara çatdırılaraq oradan sərnişinlər təxliyə edilib”, - deyə Karapetyan bildirib.

Mənbə: RBC

FİKRİNİ BİLDİR