RÖVNƏQ ABDULLAYEVİN OĞLU "MİKROSKOP ALTINA DÜŞÜB"

Dünyada cəmi 75 ədəd olan və 1,35 milyon dollar dəyərindəki məşhur “Richard Mille” saatının İspaniyada oğurlanması Azərbaycanda ciddi söz-söhbətə və ittihamların ortaya çıxmasına səbəb olub. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırması Layihəsinin (OCCRP) Azərbaycanla bağlı son araşdırmasında belə deyilir.

Saatın sahibinin Azərbaycanın Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin oğlu olduğu güman edilir. Bu da öz növbəsində ciddi siyasi nəticələrə gətirib çıxara bilər.

Araşdırma müəllifləri ölkə KİV-nə istinad edərək yazırlar ki, saatın sahibinin 25 yaşlı Rəşad Abdullayev olduğu guman edilir. Bu məlumat İbiza polisindən sızdırılan informasiyaya əsaslanır. ARDNŞ-in mətbuat xidməti isə məlumatı təkzib edərək bunu Rəşad Abdullayevin atası - şirkətin prezidenti Rövnəq Abdullayevə qarşı ittiham kimi dəyərləndirib.

Polisin hesabatında qeyd olunan məlumatlar – şikayətçinin adı, təvəllüdü və anasının adı ARDNŞ-nin prezidentinin oğlunun (Azərbaycan vətəndaşlarının məlumat bazasındakı) bioqrafik məlumatları ilə eynidir. Hətta polis idarəsinə təqdim olunmuş elektron ünvan belə onun “LinkedIn”-dəki e-mail-i ilə eynilik təşkil edir.

Adını açıqlamayan istefada olan ispan polis zabiti OCCRP-yə məlumatında bildirib ki, sözügüdən oğurluq haqqında məlumat ispan müstəntiqlərinin təəcübünə səbəb olub. “Onlar daha əvvəl belə bir hadisə ilə rastlaşmayıblar. İbizadakı müstəntiqlər hələ də inana bilmirlər ki, şikayətin motivi həqiqidir, ya yox”, - deyə ispan polis zabiti deyib.

“İlkin olaraq ARDNŞ-nin təkzib verməsinə baxmayaraq, oğul Abdullayev hadisəni qismən boynuna alıb”, - OCCRP-nin hesabatında qeyd olunub. Belə ki, təşkilatın reportyorları polisə verilmiş ilkin şikayətə azərbaycanlı gəncin vəkili tərəfindən düzəliş edildiyini görüblər. Belə ki, saatın əsl sahibi kimi Seymur Tağıyev adlı birisi göstərilib. Guya Rəşad Abdullayev saatı Seymur Tağıyevdən müvəqqəti götürübmüş.

ARDNŞ-nin illik hesabatına əsasən şirkətin prezidentinin və 12 vitse-prezidentinin 2018-ci ildə gəliri 1,28 milyon manat (755min dollar) təşkil edib. Bu da oğurlanmış saatın qiymətindən çox aşağıdır.

Lakin bu, dövlət neft şirkətinin oğlunun “mikroskop altına düşdüyü” ilk hadisə deyil. OCCRP-nin bundan əvvəl apardığı araşdırmalardan məlub olub ki, Rəşad Abdullayev 21 yaşından başlayaraq ARDNŞ-lə əlaqəli biznes strukturlarda çalışıb. O, ARDNŞ-ə bağlı xeyriyyə fonduna rəhbərlik edib. Təşkilatın əldə etdiyi məlumata əsasən Rəşad Abdullayev ARDNŞ-də 17 yaşından işləməyə başlayıb.

“Əgər “Richard Mille” doğrudan da ona məxsusdursa, onda İspaniyada oğurlanmış saat Rəşad Abdullayevin ilk bahalı əmlakı deyil. Rəşad Abdullayevin başçılıq etdiyi “Səbail” futbol klubunun 2017-ci ildə keçirilən toplantısında çəkilmiş fotodan görünür ki, o zaman onun taxdığı “Roger Dubuis Excalibur Quatuor” saatının qiyməti 1 milyon dollardan çoxdur”.

Mənbə: OCCRP

FİKRİNİ BİLDİR