MİLYONLUQ SAATI OĞURLANAN AZƏRBAYCANLI GƏNC POLİSİN ZƏNGLƏRİNƏ CAVAB VERMİR

İspan polisi İbizada azərbaycanlı turistin 1,3 milyon dollarlıq saatını oğurlayan kəsi axtardığı bir vaxtda Azərbaycanda isə saatın sahibinin kimliyi araşdırılır. Bu barədə “Bloomberg”-də (Torrey Clark) yazır.

Xatırladaq ki, “Diario de Ibiza” qəzeti iyunun 19-da İbiza sahilində azərbaycanlı tusristin qarət edildiyi və bu barədə polisə məlumat verildiyi haqda yazmışdı.

Bunun ardınca sosial şəbəkələrdə saat barədə ətraflı məlumatlar yazılmış və bu bahalı saatın sahibinin 25 yaşlı Azərbaycan vətəndaşı Rəşad Abdullayev olduğu göstərilmişdi. Belə ki, Rəşad Abdullayevin və İbizada onun yanında olan anasının və iki dostunun pasport məlumatları açıqlanmışdı.

Azərbaycanın müxalifət nümayəndələri və hüquqmüdafiəçiləri həmin adamın 2005-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayevin oğlu olduğunu bildiriblər. 54 yaşlı Rövnəq Abdullayevin də eyni adda və təvəllüddə oğlu var.

Nə Rövnəq Abdullayev, nə də ARDNŞ bu barədə heç bir şərh verməyib. Şirkətin mətbuat xidməti bu məsələ ilə bağlı ona ünvanlanan elektron məktubları və telefon zənglərini cavabsız qoyub. Rəşad Abdullayevsə, polisə buraxdığı əlaqə telefonuna cavab vermir.

Azərbaycanda orta əmək haqqı 581 manatdır (343$). Neftlə zəngin olan keçmiş sovet respublikası dünyada ən çox korrupsiyaya uğramış ölkə kimi tanınır. “Transparency International” təşkilatı 2018-ci ildə korrupsiya indeksində Azərbaycanı Nikaraqua və Tacikistanla bir sıraya salaraq 180 ölkə arasında 152-ci yerdə göstərmişdi.  

Mənbə: BLOOMBERG

FİKRİNİ BİLDİR