İBİZA SAAT OĞRULARININ AZƏRBAYCANLI “UĞURU”

“Diario de İbiza” qəzetinin verdiyi məlumata görə 22 yaşlı azərbaycanlını soymaqda şübhəli bilinən saat oğruları yaxalanıblar. Xatırladaq ki, yunun 19-da İbiza şəhərində gənc azərbaycanlının 1,2 milyon avro dəyərində qol saatı oğurlanıb. Hadisə 22 yaşlı gənc “Vila” gecə klubunu tərk etdikdən sonra baş verib.

Azərbaycanlı gənc (gəncin adı rəsmi açıqlanmır – red.) oğurluq hadisəsi ilə bağlı polisə müraciət edib.

Qəzet yazır ki, polis son zamanlarda adada 5 belə oğurluq hadisəsinin baş verdiyini bildirib. Lakin o saatlar azərbaycanlının 1,2 milyon avroluq saatından fərqli olaraq 150 000 avro dəyərində imiş.

İbiza polisinin verdiyi məlumata görə son həftələrdə bahalı saatların oğurluğunda şübhəli bilinən bir neçə cinayətkar qrup yaxalanıb. Polisin məlumatına görə, qrupa Neapoldan olan 50 yaşlı kişi başçılıq edirmiş.

Bir neçə gün sonra isə İbiza polisi daha 3 nəfəri həbs edib. Ərəb mənşəli olan 3 kişidən ikisi bahalı saatların oğurluğu ilə məşğul olan cinayətkar qrupla əlaqədə şübhəli bilinir. Məhz onlar azərbaycanlının milyonluq saatının oğurlanmasında şübhəli bilinrlər.

Polisin məlumatına görə adada ərəb mənşəli və italyanlardan ibarət bahalı saatların oğurluğu ilə məşğul olan bir neçə cinayətkar dəstə fəaliyyət göstərir.

FİKRİNİ BİLDİR