MİLYON AVRO DƏYƏRİNDƏ QOL SAATI DAŞIYAN 22 YAŞLI AZƏRBAYCANLI KİMDİR?

İbizada baş verən oğurluq hadisəsində dünyanın ən bahalı saatlarından biri oğurlanıb. Bu barədə "Daily Mail"-in müxbiri Rita Robot xəbər verib.

Ehtimallara əsasən 30 yaşlı oğru gündüz saatlarında azərbaycanlı turistə bir neçə zərbə endirdikdən sonra onun qol saatını oğurlayıb.

Hadisə baş verərkən 22 yaşlı azərbaycanlı dəniz sahilində dostu ilə birgə olub. Onun biləyində və əllərində zərbə izləri qalıb.

Polisin məlumatına əsasən İbizada hotellərin birində qalan azərbaycanlı gənc (polis onun adını açıqlamayıb - red.) oğurluq faktı ilə bağlı dərhal hüquq mühafizə orqanlarına müraciət edib. Məlumatda qeyd edilir ki, 1,2 milyon avro dəyərində olan bu saatdan dünyada cəmi 75 ədəddir.

“Richard Mille (RM) 50-03 McLaren F1” saatları dünyanın ən yüngül çəkiyə sahib modelidir. Kəməri ilə birgə dəstin çəkisi cəmi 40 qramdır.

Mənbə: DAILY MAIL

FİKRİNİ BİLDİR