ŞƏRQİ ALMANİYA SAKİNLƏRİNİN PUTİNƏ SİMPATİYASININ SİRRİ

“Niyə şərqi Almaniyada Rusiya və ölkə başçısı Vladimir Putin bu qədər populyardır, ancaq keçmiş federal torpaqlarda çoxları Putin dövlətində təhlükə və şər görür? – Almaniyanın “Bild” tabloidinin jurnalisti Ralf Şuler (Ralf Schuler) yazır. – Niyə məhz şərqi Almaniyadan olan siyasətçilər, məsələn, Mattias Platsek (Matthias Platzeck) və bu yaxınlarda Saksoniyanın baş naziri seçilən Mixael Kreçmer (Michael Kretschmer) Krımın ilhaqına, şərqi Ukraynanın işğalına baxmayaraq elə hey Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvini tələb edir?”

Müəllif hesab edir ki, bunun onilliklər boyu ruslarda ADR-ə qarşı formalaşan “dost” münasibətlə heç bir əlaqəsi yoxdur: “Ət məhsullarının qalığından hazırlanan, hər yerdə qabağımıza çıxan solyankanı, eləcə də Almaniya-Sovet Dostluğu Cəmiyyətində kütləvi üzvlüyü (1988-ci ildə DSF-in 6,4 milyon iştirakçısı olub) nəzərə alsaq, ADR-də fiziki, insani və qonşuluq baxımından rus/sovet vətəndaşlarına təxmin ediləndən daha az rast gəlinib”, - məqalədə deyilir.

“ADR dövründə “dostlara” - gizli məna yüklənən “böyük qardaş”ın nümayəndləri belə adlandırılırdı - nadir halda rast gəlinirdi. Adi əsgərlər (1991-ci ildə 338 min nəfər) kazarmalarda xidmət göstərmir, qəsdən təcridə məruz qalırdılar. Əlaqələr yollarda baş verən qəzalarda, qırmızı ordunun əsrgələri ilə birgə məhsul yığımında, ya da DSF-in keçirdiyi “dost görüşlərində” qurulurdu”, - jurnalist yazır.

“Berlində Fridrixştrasse küçəsində yerləşən Sovet İttifaqının elm və mədəniyyət evi həmişə boş olurdu. Orada məşhur bəzəkli taxta qaşıqlar, matroşkalar, kosmonavtlar və “BMW” şirkətinin “Boxer” modelinin imitasiyası olan “Dnepr” motosiklindən başqa görüləsi bir şey yox idi”, - nəşr qeyd edir.

“ADR-in Milli Xalq Ordusunun (MXO) Almaniyada Sovet Qoşunları Qrupu ilə birgə təlimləri çox vaxt birbaşa əlaqə olmadan keçirilirdi. MXO-da hər patron hesablanırdı, hər boş gilzə təhvil verilməli idi. Patronlar “kolyaların” kepkalarına doldurulur, onlar da müvafiq şəkildə durmadan atəş açırdılar”, - Şuler yazır.

Məktəblərdə rus dilinin tədrisinin məcbur olması xalqlar arasında qarşılıqlı anlayışa imkan yaradıb, yoxsa daha çox antipatiyaya səbəb olub? Nəşr sualı belə cavablandırır: “Çox şey ondan xəbər verir ki, şərqi Almaniya sakinlərinin Rusiyaya sevgisinin səbəbi ADR dövründə Almaniya-Sovet dostluğu ilə deyil, daha çox müasir siyasətə hazırkı müqavimətlə əlaqəlidir: əgər Merkel və nüfuzlu partiyalara qarşı çıxırsansa, deməli avtomatik olaraq Putini, Orbanı dəstəkləyir, iqlim isteriyasının və miqrasiyanın əleyhinə çıxırsan… Qütbləşmiş debatların cəbhə xətləri arasında Rusiya mövzusu özünə yer tapıb. “Kazak”sız və “kalinka”sız”.

Mənbə: BILD

FİKRİNİ BİLDİR