MOLDOVA PREZİDENTİ PARLAMENTİN BURAXILMASI HAQQINDA FƏRMANI LƏĞV EDİB

Moldova prezidenti İqor Dodon (Igor Dodon) parlamentin buraxılması barədə baş nazir vəzifəsini icra edən Pavel Filip (Pavel Filip) tərəfindən imzalanan fərmanı ləğv edib.

“RBC” agentliyi “Noi” portalına istinadla xəbər verir ki, bu barədə dövlət başçısı Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, Pavel Filip tərəfindən imzalanan fərman konstitusiya normalarına uyğun deyil.

Dodon qeyd edib ki, Filipin prezident səlahiyyətlərini icra etmək hüququ olmayıb. Onun sözlərinə görə, fərman imzalamadan öncə fraksiyalarla konsultasiyalar keçirmək lazım idi.

Xatırladaq ki, Moldova parlamentinə seçkilər fevral ayında keçirilib. Koalisiya və hökuməti formalaşdırmaq üçün partiyaların üç ay vaxtı olub. Ancaq səylər nəticəsiz qalıb. Dodon bəyanatında qeyd edib ki, yeni seçkilər elan etməyə bilər, Konstitusiya Məhkəməsi isə prezidenti hakimiyyətdən uzaqlaşdırıb, çünki o, Konstitusiyanın tələblərinə əməl etməyib.

Son bir neçə ayda hökumətə başçılıq edən Filip dövlət başçısı vəzifəsini icra edən şəxs təyin edilib. O, parlamentin buraxıldığını və yeni seçkilərin keçiriləcəyini elan edib. İyunun 8-i Moldova Sosialistlər Partiyası və avropayönlü “ACUM” bloku koalisiya və hökumətin yaradıldığını elan edib.

“Hərəkət və həmrəylik” partiyasının lideri Maya Sandu (Maia Sandu) baş nazir olub. Filipin başçılıq etdiyi nazirlər kabinetinin üzvləri istefaya getməkdən imtina ediblər. Beləliklə, ölkədə iki hökumət formalaşıb.

Mənbə: RBC

FİKRİNİ BİLDİR