LUKAŞENKO MƏMURLARINDAN RUSLARIN QARŞISINDA DİZ ÇÖKMƏMƏYİ TƏLƏB EDİB

“BelTa” agentliyi xəbər verir ki, prezident Aleksandr Lukaşenko Belarusiya neft emalı zavodlarını xlorla çirklənmiş Rusiya neftinin kompensasiyasını almaq üçün məsələni həll etməyə çağırıb. “Qışqırmaq və hücum etmək lazım deyil, öz maraqlarını qorumaq lazımdır. Lakin diz çökmək lazım deyil”, - deyə o, bildirib. Vitebsk bölgəsində "Naftan" Açıq Səhmdar Cəmiyyətinə səfəri zamanı Belarusiya prezidenti deyib ki, oturub məsələni işgüzar şəkildə həll etmək lazımdır.

Üzvi xlor birləşmələri ilə çirklənmiş rus nefti aprelin 19-dan Belarus emal zavodlarına hərəkət etməyə başlayıb. Nəticədə Mozırda avadanlıq zədələnib, Naftanda isə işin yükünü əhəmiyyətli dərəcədə azaldaraq tez reaksiya verməyi bacarıblar. 24-25 aprel tarixlətində “Dostluq “ kanalı vasitəsilə Ukrayna Almaniya və Polşaya neft hasilatı dayandırılıb. "Naftan" neft emalı zavodu "Dostluq" ilə əlaqədar yaranan vəziyyətə görə Rusiyaya öz öhdəliklərini yerinə yetirməyən təchizatçılar üçün iddiayla müraciət edib.

Mənbə: BELTA

FİKRİNİ BİLDİR