“DOSTLUQ” KƏMƏRİNDƏKİ ÇİRKLİ NEFTLƏ BAĞLI HƏQİQƏT NECƏ GİZLƏDİLİR

Rusiyanın neft sektoru tarixində ən böyük qəza baş verib. Bu hadisə Rusiyanın ən vacib ixrac sistemi olan “Dostluq” boru kəmərini bir ay müddətinə iflic vəziyyətə salıb.

Marşrutun əsas qolu əvvəlki kimi xloridlərlə çirkli vəziyyətdədir. Belə ki, Rusiyanın ən əsas xarici müştərilərindən biri Almaniya məhz Polşadan keçən bu kəmərlə təchiz edilir. Berlini və ölkənin bütün şərq bölgəsini yanacaqla təmin edən Almaniyaya məxsus iki ədəd neft-emalı zavodu üçün nəzərdə tutulan tədarük prosesində artıq altıncı həftədir fasilə yaranıb. Bu barədə “DW” portalının jurnalisti Andrey Qurkov yazır.

Almaniya üçün enerji təchizatının etibarlılığı, Rusiya üçün isə neft şirkətlərinin və büdcənin üzləşdiyi böyük itkilər əhəmiyyət daşıyır. Üstəlik, hər iki ölkə vətəndaşlarını yanacaq qiymətindəki artım son dərəcə narahat edir.

Müəssisələr, zavod rəhbələri təxminən bir ay itkilərlə bağlı ictimaiyyəti məlumatlandırmayıb. Bu onunla izah edilir ki, ola bilsin onların Rusiyada böyük biznes maraqlar olduğu üçün Moskva ilə münasibətləri kormalaq istəməyiblər. Moskva qərbin neft şirkətləri (“Total”, “Shell”, “PCK”) və Almaniyanın neft emalı zavodları kimi yaranmış vəziyyətlə bağlı uzun müddət susa bilməzdi, axı söhbət ölkənin əsas ixrac məhsulundan, dövlətə məxsus inhisarçı “Transneft” şirkətinin xaricə göndərdiyi enerji daşıyıcısından gedir.

Rusiyanın “Vedomosti” qəzeti “Dostluq” boru kəmərinin çirklənməsinin səbəb ola biləcəyi mümkün itkini 3 milyard dollar məbləğində qiymətləndirib. “Rusiya rəhbərliyinin termin dəyişikliyinə bilərəkdən əl atması istisna edilmir. Qarşıdan gələn hansısa ödənişləri Rusiya üçün xoşagəlməz ödəniş adlandırıb, “kompensasiya” sözü ilə onun günahını vurğulamaq nəyə lazımdır? Əvəzində belə deyək, “qarşılıqlı hesabat”, ya da “diskont” haqqında danışmaq olar. Nəticədə rəsmi kompensasiyaların məbləği həqiqətən elə də böyük olmaya bilər”, - məqalədə deyilir.

“Eyni zamanda, məhz indi “kompensasiya” sözünün şişirdilməsi rusiyalı vergi ödəyiciləri baxımından əsas rəqəmdən, məhz Rusiyanın “Dostluq” kəmərinin çirklənməsindən dolayı üzləşdyi ümumi itkidən diqqəti yayındırır. Hələlik rəsmi Moskva qəzadan dolayı ölkənin neft şirkətləri və büdcənin üzləşdiyi itkilər, Belarusdan 1-2 milyon ton çirkli neftin revers yolla nəql edilməsinin, onun saxlanması, dəmir yolu ilə çənlərdə Novorossiysk limanına daşınmasının neçəyə başa gələcəyi, ümumi zəncirdə korroziyadan dəyən ziyan barədə son dərəcə az məlumat verir”, - müəllif sonda qeyd edir.

Mənbə: DW

FİKRİNİ BİLDİR