AZƏRBAYCAN XÜSUSİ NARAHATLIQ DOĞURAN ÖLKƏ STATUSU ALIB

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası (USCİRF) Azərbaycana dair növbəti illik hesabat yayıb. Hesabatda deyilir ki, ötən il hökumət ABŞ və beynəlxalq ictimaiyyət ilə dini azadlıqlar məsələsini müzakirə etmək üçün bir sıra müsbət addımlar atsa da, dini azadlıqla bağlı vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşmayıb. Bu barədə “Exo Kavkaza” portalı xəbər verir.

Sənəddə qeyd edilib ki, il ərzində yerli polis qüvvələri qeydiyyat tələblərinə məhəl qoymayan dini icmaları incitməyə, tutmağa, cərimələməyə və onlara qarşı reydlər keçirməyə davam edib. Hesabatda həmçinin bildirilir ki, 2018-ci ilin iyulunda Gəncənin icra hakiminə qarşı sui-qəsd cəhdinə görə “dini radikallar” məsul hesab edilib. Təşkilat həmçinin hökuməti “islam terrorizmi” qarşısında ölkənin güclənməsi üçün islamdan bəhanə kimi istifadə etməkdə ittiham edib.

Hesabatda həmçinin vicdan məhbusları mövzusuna toxunulub. Qeyd edilib ki, Azərbaycanın qeyri-hökumət təşkilatları 68 vicdan məhbusunun olduğunu bildirir. Bunlardan çoxu “Müsəlman Birliyi Hərəkatının” üzvləridir.

2018-ci il ərzində xüsusilə islamçılara qarşı sistemli və əhatəli işgəncələrin davam etdirilməsi iddiaları irəli sürülüb. Bu şərtlər əsasında Azərbaycan Beynəlxalq Dini Azadlıq Aktı (IRFA) çərçivəsində dini azadlığı pozan, “sistemli və mütəmadi şəkildə ləyaqəti alçadan” ölkə statusu ilə yanaşı “xüsusi narahatlıq doğuran ölkə” statusu alıb.

Portal xatırladır ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası hər il dünya ölkələrində din sahəsindəki vəziyyət ilə bağlı dövrü hesabatlar hazırlayır.

Mənbə: EXO KAVKAZA

FİKRİNİ BİLDİR