NEFT OYUNUNUN SONU

“Moskvada şübhə müsbət qarşılanmır. Hökumət neft əsrinin hələ “ən azı 50-70 il” davam edəcəyini bildirir və onun başa çatacağına görə kədərlənməməyə çağırır. Bu mesaj faciəvi yanlışa çevrilə bilər”, - Almaniyanın "Die Zeit" qəzeti qeyd edir.

Jurnalistlər Kristiane Qrefe (Christiane Grefe) və Mixael Tumann (Michael Thumann) faydalı qazıntı əsrinin başa çatdığını qeyd edir: “Rusiya hökuməti şübhə edə bilər, lakin daha çox ölkə və qurum buna əmin olmağa başlayır. İngiltərə Bankı 2015-ci ildən karbohidrogen köpüyü ilə bağlı xəbərdarlıq edir. Bütün dünyada mindən çox sığorta şirkəti, fond və dövlət orqanları öz pullarını faydalı qazıntı sahəsindən çıxarmaq istəyir və bərpa edilə bilən enerjiyə investisiya edirlər”.

AB-nin energetika məsələləri üzrə eks-komissarı Andris Piebalqs (Andris Piebalgs) hesab edir ki, neftin əhəmiyyəti azaldıqca “yer kürəsində təsir zonaları da dəyişir”. “Bu gün Rusiya güclü dövlətdir, Səudiyyə Ərəbistanı və Nigeriya qonşu ölkələr üzərində dominantlıq edir. Onların “B” planı varmı yoxsa onlar son barelinədək yanacaqdan yapışacaqlar? Bu məsələ son dərəcə vacibdir”, - nəşr qeyd edir.

“Rusiya xroniki olaraq qlobal istiləşməyə səbəb olan faydalı qazıntılardan asılıdır. Ölkə ixracının təxminən üçdə ikisi və dövlət gəlirlərinin 40%-i neft, qaz və kömürün payına düşür”, - məqalədə deyilir.

1990-cı illərdə baş verən hadisələrin təkrarlanmasına yol verməmək üçün Putin yüksək neft qiymətlərinə, ya da Kudrinin dövlət fondundan vəsait əldə etməyə ümid etməli olur.

Öz növbəsində Səudiyyə Ərəbistanı təhlükəni hiss edib. Üç il əvvəl vəliəhd Məhəmməd ibn Salman (Mohammad ben Salman) “Vision 2030” proqramını təqdim edib. O, külək, günəş və atom elektrik stansiyaları, neft-kimya sənaye obyektləri inşa etməyi planlaşdırır. Krallıq bütün dünyada bərpa edilə bilən enerjiyə investisiya yatıran BƏƏ-dən nümunə götürməyə çalışır.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) ekspertlərinin fikrincə, neft nəhənglərinin zəifləməsi “yaşıl” texnologiyalarda qabaqcıl mövqe tutan ölkələrin yüksəlişi ilə müşayiət olunacaq.

Yüz illər boyu neft hakimiyyət valyutası olub, ancaq enerji nəhənglərinin mümkün iflası Yaxın Şərq xəritəsini dəyişə bilər. Səudiyyə Ərəbistanı daha bahalı xarici siyasətini maliyyələşdirə bilməyəcək. Məsələn, Yəməndə davam edən müharibəyə vəsait ayıra, Misirdə avtokratları dəstəkləyə, Qətərdə rəqibinin blokadasını maliyyələşdirə bilməyəcək. Əvəzində krallıq özü radikalların hədəfinə çevrilə bilər.

Neft qiymətlərinin aşağı düşəcəyi təqdirdə, Rusiyanın ekspansionist siyasətini davam etdirəcəyi də şübhə doğurur. Şərqi Ukraynada müharibə, Krıma yardım və ya Suriya müharibəsi hər il bir neçə milyard avroya başa gəlir.

Nəşr qeyd edir ki, neft ölkələri xammal tələsindən özləri çıxmalıdır, hələlik onlar hasil etdikləri neftə görə kifayət qədər pul alırlar.

Mənbə: DIE ZEIT

FİKRİNİ BİLDİR