"RUSİYA NEFT BAZRAINDAN ÇIXACAQ"

Məhəmməd Əl Səud bildirib ki, 19 ildən sonra Rusiyada neft hasilatı əhəmiyyətli dərəcədə azalacaq, hətta ölkə neft istehsalçıları bazarından yox ola bilər. Şahzada Səudiyyə Ərəbistanında vəziyyətin yaxşılaşacağını hesab edir. Bu barədə “RBC”-nın jurnalistləri Vladislav Qordeyev və Mariya Kokoreva yazır.

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Əl Səud “Bloomberg” agentliyinə müsahibəsində bildirib ki, gələcəkdə dünya bazarında neft istehsalçılarının sayı xeyli azalacaq, xüsusilə Rusiya və Çin bazarı tərk edəcək.

“Neftə olan tələbat 2030-cu ilədək ildə 1%-dən çox, 1-1,5% arasında arta, bəlkə daha çox ola bilər. Bəziləri 2030-cu ildən sonra tələbatın azalacağını hesab edir. Bizim hesablamalarımıza əsasən, neft istehsalçılarının çoxu yox olacaq”, - Əl Səud deyib.

“Məsələn, hesab edirik ki, artıq beş ildən sonra istehsalçı kimi yox olmasa da, Çin hasilatı kəskin azaldacaq. Başqa ölkələr də hər gün neft istehsalçısı kimi yox olacaq. 19 ildən sonra Rusiya 10 milyon bareli ilə tamamilə yox olmasa belə, ölkədə neft istehsalı kəskin aşağı düşəcək”, - şahzadə aydınlıq gətirib. O əlavə edib ki, gələcəkdə Səudiyyə Ərəbistanı indi satdığından daha çox neft satacaq.

“Ona görə bu sahədə Səudiyyə Ərəbistanı üçün hər hansı riskin mövcud olduğunu düşünmürük. Bu gün heç kim elektrik enerjisi ilə uçan təyyarələrdən ya da elektrik enerjisi ilə dənizdə üzən gəmilərdən danışmır. Bura 10-20-30 il sonra neft-kimya və ya neft-kimya perspektivləri tərəfindən tələbatı da əlavə edək”. – deyə Əl Səud müsahibəsinə yekun vurub.

Maliyyə Universitetinin baş elmi əməkdaşı, iqtisad elmləri doktoru Valeri Abramov “RBC”-a bildirib ki, Rusiyanın 19 ildən sonra neft bazarını tərk etməsi ilə bağlı informasiya faktiki məlumatlara əsaslanmayıb.

“Neft hasilatı həyata keçirilən, artıq istifadə edilən yataqlardan bəhs etmək lazım gələrsə, onda onlar 20 il müddətinə daimi hasilatı təmin etmək və Rusiyanın dünya bazarına neft məhsulları tədarükünü davam etdirmək iqtidarındadırlar. Lakin hazırda böyük neft və qaz ehtiyatlarına malik arktik şelfin mənimsənilməsi həyata keçirilir. Bundan başqa, Rusiya daha yüksək əlavə dəyər vergisinə malik neft məhsullarının, məsələn, mühərrik yanacağı və ya neft-kimya məhsullarının tədarükü yönündə çalışır”, -  iqtisadçı qeyd edib.

Abramovun sözlərinə görə, neft alternativ enerji mənbələrinin çoxu üçün əsas xammal olaraq qalır. “Başa düşmək lazımdır ki, yeni enerji  növlərinin çoxu üçün mənbə onsuz da neft və qazdır. Hələlik dünya bazarında əsaslı dəyişikliklər barədə danışmağa ehtiyac yoxdur. (...) Hasilatın maya dəyərinə gəldikdə, Rusiyada hətta bu iqtisadi göstərici üzrə dəqiq ifadə edilmiş rentabellik mövcuddur. “Rosneft” və onun prezidenti İqor Seçinin məlumatına əsasən, regiondan asılı olaraq maya dəyəri barelə görə 5-7 dollar arasında dəyişəcək”, - o bildirib.

Milli Energetika İnstitutunun baş direktor müavini Aleksandr Frolov “RBC”-ya müsahibəsində qeyd edib ki, Rusiyada çətin hasil edilən neft ehtiyatlarından hasilat və qeyri-ənənəvi ehtiyatların işlənməsi üçün texnologiyalardan aktiv istifadə edilir.

“Hər şeyə dinamikada baxmaq lazımdır. Hər il ehtiyatlar artmağa davam edir, 20 ildən sonra onlar yox olmayacaq. (...) Ehtiyat sayına görə Səudiyyə Ərəbistanının əbəs yerə özünü tərifləməsinə ehtiyac yoxdur. Bu məsələ müzakirə olunmalıdır, gələcəyə bu qədər nikbin baxmaq üçün onların regionu çoxdan və aqressiv şəkildə işlənir. Ola bilsin, onlar da istehsalda mürəkkəb ehtiyatları cəlb etməli, ya da lazımi texnologiya olmadığı üçün hasilatı məhdudlaşdırmalı olacaqlar”, - Frolov deyib.

Ekspert əlavə edib ki, Yaxın Şərqdə daha əvvəllər aktiv işlənən bir region qalıb – İraq Kürdüstanı. “Rus şirkətləri, xüsusilə “Qazpromneft” və “Rosneft” də burada karbohidrat işlənməsi ilə məşğul olur. Rusiya ölkədən xaricdə də resurs baza yaradıb. Bu baza tədricən dünya bazarlarına çıxır”, - Frolov bildirib.

Mənbə: RBC

FİKRİNİ BİLDİR