DALYA QRİBAUSKAYTENİN HEKAYƏSİ

 

O, konkret nəticə gətirməyən uzun söhbətləri çox sevmir. Boş söhbəti dayandırmaq lazım gələndə söz üçün cibə girmir. Ciddi, səmimi və güzəştə getməyən – Litvanın “Dəmir ledisi” Dalya Qribauskayte (Dalia Grybauskaitė).

Onun xarakteri sağ qalmaq uğrunda mübarizədə formalaşıb. Dalyanın özü belə hesab edir. Çünki onun valideynləri imkanlı olmayıb. Dalya elektrik və satıcının kasıb ailəsində anada olub. Ona görə hər şeyə özü nail olmağı öyrənib. O vaxtın Leninqradında gecə şöbəsində iqtisadiyyat öyrənən Dalya asudə vaxtlarında kürk zavodunda adi işçi kimi çalışıb.

Dalya AB ilə azad ticarət haqqında danışıqlarda diplomat və əsas vasitəçi qismində çıxış edib. O, həmişə bilib ki, ölkəsinin yeri Avropa Birliyindədir. Litva özünün sovet irsindən tamamilə qurtulub, AB-nin tamhüquqlu üzvü olduqdan sonra Qribauskayteyə düz beş il Avropa komissarı postunda AB-nin maliyyəsini idarə etmək tapşırılıb.

Qribauskayte ölkəsini çətin dövründə üzdə saxlamaqla yanaşı, siyasətçilər arasında Oskar mükafatının anoloqu hesab edilən Böyük Karl mükafatının sahibidir. O, Avropanın birləşməsində göstərdiyi xidmətlərə görə bu mükafata layiq görülüb.

Litva rəhbəri yaxın keçmişdən etibarən Avropanın şərq sahillərində qitənin maraqlarını aktiv şəkildə müdafiə edir. O, Rusiyanın təcavüzkar siyasətini amansız bir şəkildə tənqid edən və diplomatik oyunlar arxasında gizlənməyən tək-tük Avropa liderlərindəndir.

 

 

Dalya Qribauskayte Litva prezidenti olan ilk qadındır. O, prezident seçkilərinin elə ilk mərhələsində 69% səs toplaya, SSRİ-nin tərkibindən çıxdıqdan sonra respublika rəhbəri seçkilərində ən yüksək göstərici nümayiş etdirə bilib. Qribauskayte, həmçinin Litvanın maliyyə naziri, maliyyə proqramları və büdcəsi üzrə Avropa komissarı, habelə mədəniyyət və təhsil məsələləri üzrə Avropa komissarı vəzifəsində çalışıb.

Zahirən xoşagəlimli sarışın olmasına baxmayaraq, Qribauskayte sərt qadındır. Bu sərtlik nəinki onun Avropa məmuru kimi iş təcrübəsi, həmçinin prezidentin karate üzrə qara kəmərə malik olması ilə izah edilir. Ola bilsin, məhz bu döyüş növü sayəsində Dalya bu qədər dözümlü və nizamlıdır.

Ailəli deyil, uşağı yoxdur.

Litva prezidenti “Forbes” nəşrinin versiyasına görə bu gün dünyanın ən nüfuzlu qadınlarından biridir. O, 2016-cı il reytinqində 72-ci yerdə qərarlaşıb. Onun fikirləri nəinki Qərbi Avropa, həmçinin Şərqi Avropa liderləri, eyni zamanda Avropa parlamentinin deputatları arasında yüksək qiymətləndirilir.

2016-cı ildə Dalya 60 illiyini qeyd edib. Həyat yolunda isə onu hələ çox zəfər gözləyir. Bu qadının hansı yolla belə bir yüksəkliyə gəlib çatdığını bilmək, əminik ki, sizin üçün də maraqlıdır.

1.Məndən qorxmaq lazım deyil. Mənlə işləmək maraqlıdır. Ümumiyyətlə “qorxu” sözündən xoşum gəlmir. Ünsiyyət quran zaman maksimum dəqiq olmaq və istənilən sadəlövhlüyü bir kənara ataraq dialoq qurmaq lazımdır. Hərdən elə olur ki, bir tərəf danışır, sonra o biri tərəf, ancaq əslində onlar bir-birləri ilə danışmırlar. Hər iki tərəf dialoqa can atmalıdır.

2.Çoxluq azlığı özünün ürəyi istədiyi şeylərə məcbur etməməlidir. Öz əməllərinə görə məsuliyyət daşımaq, nəinki özünə, başqalarına qarşı da hörmətli olmaq lazımdır.

3. Prezidentin vəzifəsi ölkənin suverenliyini, ölkənin özünü müdafiə etmək və hökumətlə birgə xarici siyasəti həyata keçirməkdir. Mən borcumun öhdəsindən gəlirəm. Təhlükə varsa, onu açıq-aydın bildirirəm. Çünki Litva vətəndaşlarını xəbərdar etməliyəm. Həm beynəlxaq səviyyədə, həm də ölkə daxilində məzh bunu edirəm.

 

 

4. Şəxsən mən söz azadlığının demokratiyanın əsas dəyəri olması prinsipinə riayət edirəm.

5. Ayrı-ayrı ölkələr ayrı-ayrı məsələlərdə bir–biri ilə razılaşmaya bilər, ancaq Avropa Birliyi məsələsində heç bir şübhə olmamalıdır. Yardıma ehtiyacı olanlara kömək etmək lazımdır.

6. Vətənimizi qoruyarkən möhkəm olmalı və əyilməməliyik. Azadlığını müdafiə etmək məcburiyyətində olan bütün xalqlar üçün biz canlı nümunəyik. Qələbə mümkündür.

7. Əminlik — ən yaxşı müdafiə üsuludur. Söhbət təhlükədən gedirsə, gücə ümid etmək lazım deyil, nə qədər qətiyyətli olduğun haqda düşünmək lazımdır.

8.Litva sakinlərinin əsas özəlliyi özünütənqiddir. Bəli, özünütənqid lazımdır. Ancaq tənqid özümüzü məhv etməyə deyil, təkmilləşdirməyə gətirib çıxarmalıdır. Tənqidlər bizi daha yaxşı edirsə, deməli faydalıdır. Və gördüyümüz kimi həqiqətən inkişaf edirik, buna sevinmək və bununla fəxr etmək lazımdır.

9.Hər şey yalnız bizdən asılıdır, ona görə özünə və ilk növbədə öz sosial təhlükəsizliyinə və birliyinə investisiya etmək lazımdır. Onda bizə heç kim qalib gələ bilməz. Hər şəxsə investisiya etmək, həm vətəndaşları, həm dövləti motivasiya etmək lazımdır. Onda özündən tam əmin olmaq mümkündür.

10.Ölkəmin əsl zənginliyi onun insanlarıdır. Litvanı sevən insanlar dövlət üçün vacibdir və milliyyətin heç bir önəmi yoxdur. Bütün xalqlar Litva üçün vacibdir. Düşünürəm ki, hər xalq, hər insan bu və ya digər ölkəyə sahib olduğu ən yaxşı şeyi verir. Vəzifəmiz hər vətəndaşı sevmək və ona hörmət etməkdir. Bu zaman onun necə görünməsinin, hansı millətə aid olmasının, necə qalstuk taxmasının heç bir əhəmiyyəti yoxdur.  

FİKRİNİ BİLDİR